CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Türkiyədə verilən sürücülük vəsiqələrini tanıdı

© faktxeber.comSürücülük vəsiqəsi
Sürücülük vəsiqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin bugünkü iclasında Azərbaycan ilə Türkiyə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsinə dair Saziş təsdiqlənib

BAKI, 6 may — Sputnik. Parlamentin hazırda keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Layihə ilə bağlı millət vəkili Əli Hüseynli məlumat verib.

Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi təsdiqləyib.

Xəbər lenti
0