CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanı aldadan adam: "Bu sənətdən pul çıxmır"

© Photo : chess.comFoksçu. Arxiv şəkli
Foksçu. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tofiq İsgəndərli: "Rus qadından 50 manata sehrli çubuq almışdım. Bir il sonra gəldi ki, başqasına 70 manata satıram, çubuğu qaytar. Öncə vermədim, sonra şikayət etdi. Nəhayət, çubuğu qaytarıb, 50 manatımı geri aldım"

BAKI, 6 may — Sputnik. Foks özündə gizliliyi qoruyaraq insanları təəccübləndirən qədim peşələrdən biridir. Uzaq keçmişdən bu günə kimi insanların marağına səbəb olan bu sahə Azərbaycanda da kifayət qədər məşhurdur. 

Azərbaycanlı tamaşaçıların sevgisini qazanan Tofiq İsgəndərli Sputnik-in əməkdaşı ilə söhbəti zamanı foksun sirlərindən və inkişafından danışıb. O, foksun yaranma tarixi və vətəni haqda danışır:

Məhkəmə çəkici - Sputnik Azərbaycan
HADİSƏ
Falçı “Həzrəti Sabir” məhkəmə zalından azadlığa buraxılıb

— Foksun yaranma tarixi dəqiq deyil. Hər kəs təxminin bir tarix göstərir. Amma bizim dövrümüzə gəlib çatan yazılı mənbələrə əsasən, Misirdə Firon Hufunun şənliyində bir kəndçi olub və o, ilk dəfə foks göstərib. İlk yazı mənbəsi budur, amma foks sənəti daha əvvəllərə gedib çıxır. Bir fikir də var ki, bəzi alimlər deyirlər ki, bu sənət Çində yaranıb. Digərləri də qeyd edirlər ki, foksçuluq Azərbaycanda yaranıb və əsası türk maqlar tərəfindən qoyulub. Amma bunların hər biri təbii ki, fərziyyədir. Tam olaraq harada yaranması, foksun özü kimi sirli olaraq qalır.

- İslam dinində sehrbazlıq günah sayılır. Siz günah işlətdiyinizi düşünmürsünüz?

— İslam sehrbazlığı qadağan edir. Bu sənətdə isə texniki proseslər önəmlidir. Mən səhnəyə çıxıb desəm ki, Allah mənə vergi verib və mən bunları vergim hesabına edirəm, bu zaman günah sahibi olaram. Amma mən heç vaxt bunu demirəm. Cadu etmək günahdır. Amma sadəcə texniki vasitələrdən istifadə edib foksu göstərmək, düşünürəm ki, günah deyil.

© Sputnik / Murad OrujovФокусник Тофиг Искендерли
Фокусник Тофиг Искендерли - Sputnik Azərbaycan
Фокусник Тофиг Искендерли

- Azərbaycanda ilk və deyərdim, ən çox tanınan foksçu sizsiniz. Amma gənc nəsildə bu sənətin davamçıları çox azdır. Səbəb nədir?

— Kənardan bu sənət çox cəlbedici görünür. Bu sənətin içərisinə daxil olanda görürlər ki, yaxşıca pul lazımdır, fantaziya lazımdır, səbr lazımdır. Bu xəstəliyə düçar oldunsa, bu sənətdən uzaqlaşmaq mümkün deyil. Yetər ki, bu sənəti sevəsən. Bu sənət küçədə yaranıb. Bir sözlə, meydandan gələn sənətdir. Təbii, maraqlananlar var. Amma ağır məşqlər olduğundan, çox insan dözmür. Ailəli insana xüsusilə bu sənətə gəlmək sərf etmir. Həm məşqləri çətindir, həm pul qazanması çox çətindir. Ona görə maraqlananlar da bir müddət sonra uzaqlaşır, sona kimi gedə bilmirlər. Şəxsən mən, cavan vaxtım olsaydı, Azərbaycanda foksla məşğul olmazdım. Toya, şənliyə getməklə heç nə əldə etmək olmur. Hal-hazırda festivala göndəriləsi gənc foksçu yoxdur. Amma potensiallı insanlar var. Foksçu olmaqla yaşamaq olmaz. Mütləq haradansa gəlirin gəlməlidir, haradasa əlavə işləməlisən.

- Tofiq İsgəndərli özü foksçuluqdan başqa harada işləyir?

— Mən öncə Bakı sirkində işləmişəm. Sonra Bakı Uşaq Teatrı yaradılanda keçmişəm həmin teatra. Bu günə kimi orada işləyirəm. Uşaqlar üçün də fokslardan ibarət şou tamaşalar göstəririk. Tələbələrə də deyirəm ki, foksu öyrənməklə yanaşı, başqa işlə də məşğul olub pul qazanmaq mütləqdir.

- Niyə məşhur foksçular məhz kişilər olur, qadınlar deyil?

— Azərbaycanda da foksçu qadınlar olub. Amma elə də peşəkar olmayıblar. Dünyada isə məşhur foksçu xanımlar olub. Gəncədən İntizar Nəbiyeva var idi. Hal-hazırda da yaşayır. Yelena Leskaya vardı — rus qadın. Yelena Leskaya peşəkar idi. Sadəcə foks qadınlar üçün tipik sənət deyil, ona görə də xanımlar bu sənətlə maraqlanmırlar.

- Foks üçün lazım olan alətləri necə əldə edirsiniz?

— Bəzilərini alıram. Çoxunu özüm düzəldirəm. Hətta bir dəfə Yelena Leskayadan bir sehirli çubuq almışdım. 50 manata mənə satdı. Bir il sonra həmin xanım gəlib məni tapdı və çubuğu qaytarmağımı istədir. Başqa müştəri çıxıb, 70 manat verirmiş çubuğa. Doğrusu, öncə vermədim, sonra universitetə şikayət etdi, bir sözlə çox problemlər yaratdı. Ondan sonra çubuğu qaytarıb, 50 manatımı geri aldım.

Xəbər lenti
0