Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Falçı “Həzrəti Sabir” məhkəmə zalından azadlığa buraxılıb

© pixabay / qimonoMəhkəmə çəkici
Məhkəmə çəkici - Sputnik Azərbaycan
Abunə olmaq
Dələduzluqda təqsirləndirilən, “Həzrəti Sabir” kimi tanınan Sabr Abbasovun apellyasiya şikayətinə baxılıb.

BAKI, 7 apr — Sputnik. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən, “Həzrəti Sabir” kimi tanınan Sabr Abbasovun apellyasiya şikayətinə baxılıb.

Sputnik-in məlumatına görə, məhkəmə onun şikayətini təmin edərək cəzasını 3 il 3 aydan 1 il 1 ay 15 günə endirib və həmin müddət başa çatdığından o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, 2015-ci ilin fevral ayında Daxili İşlər Nazirliyiin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dələduzluqda təqsirləndirilən Sabir Abbasovu saxlayıb. “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, özünü “Həzrəti Sabir” kimi təqdim edən Sabir Abbasov vətəndaşların etibarından sui-istifadə edərək falçılıqla məşğul olmaqda günahlandırılıb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə S.Abbasov 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xəbər lenti
0