İnsan embrionu ilə bağlı qeyri-adi kəşf

© Photo : Neil Harding/Gettyİnsan embrionu
İnsan embrionu - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər insan embrionunun ana bətnində yerləşmədən də inkişaf edə bildiyini sübut ediblər. Təcrübəni Nyu-Yorkda yerləşən Rokfeller Universitetinin tədqiqatçıları aparıblar.

BAKI, 5 may — Sputnik. ABŞ və İngiltərə alimləri dünyada ilk dəfə iki həftəlik insan embrionlarını laboratoriyada inkişaf etdiriblər. Sputnik BBC-yə istinadən xəbər verir ki, alimlər insan embrionunun ana bətnində yerləşmədən də inkişaf edə bildiyini sübut ediblər.

Dolomedes briangreenei - Sputnik Azərbaycan
ELM
Üzə bilən, balıq yeyən yeni hörümçək kəşf edilib


Xəbərə görə, təcrübəni Nyu-Yorkda yerləşən Rokfeller Universitetinin tədqiqatçıları aparıblar. Tədqiqat müddətində, yəni 12 gün ərzində laboratoriya şəraitində insan embrionları tam normal inkişaf edib.

Bu, elmi sıçrayış hesab olunur, çünki bu ixtira vasitəsilə sonsuzluğun və erkən doğumun qarşısı alınacaq. Bu tibbi yenilik alimlərə insan bədəninin və hüceyrələrin inkişafını anlamağa kömək edəcək.

2 həftədən artıq insan embrionu ilə laboratoriyada təcrübə aparmaq qanunvericiliyə zidd olduğu üçün, alimlər təcrübəni dayandırıb.

Xəbər lenti
0