BAKI, 10 mart — Sputnik. Avstraliyanın Queensland bölgəsində kəşf edilən və “Dolomedes briangreenei” adı verilən su hörümçəyi üzərək balıq tuta bilir.
Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ovuc içi böyüklüyündə olduğu deyilən bu hörümçək suyun üzərində qala bilmək üçün titrəşimlər ya da dalğalardan istifadə edir.
Kəşf edilən yeni növ hörümçəyin balıq, qurbağa yediyi açıqlanıb. Eyni zamanda, yaxşı üzən hörümçəklər ümumiyyətlə dayaz su hövzələrindəki qayaların üzərində yaşayır. Su üzərində hərəkət də edə bilən hörümçəklər bunun üçün orta iki ayağını istifadə edir.