BAKI, 5 may — Sputnik. Karate üzrə milli komandamız Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında mübarizəyə başlayıb. Karate Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu gün kataçılarımız mübarizəyə start veriblər.
Xanım kataçımız Neda Rezai 2 rəqibi üzərində üstünlük qazansa da, üçüncü rəqibinə qalib gələ bilməyib və Avropa çempionatında mübarizəsini dayandırıb. Kişi kataçımız Roman Heydərov isə bir döyüş üstünlük qazansa da, ikinci döyüşdə rəqibini üstələyə bilməyib.
Qeyd edək ki, idmançımızın rəqibi mübarizəni davam etdirir. Rəqib finala çıxarsa, təsəlliedici döyüşlərdə Roman özünü sınaya bilər.
Xatırladaq ki, 51-ci Avropa çempionatı may ayının 9-na kimi davam edəcək. Komandamız 10 mayda Bakıya geri dönəcək.