Faşizm üzərində qələbədə hansı ölkə həlledici rol oynayıb?

Abunə olmaq
Amerika Birləşmiş Ştatları və Avropa əhalisinin əksəriyyəti SSRİ-nin faşist Almaniyası üzərindəki qələbədə rolundan xəbərsizdir

BAKI, 5 may — Sputnik. "İkinci Dünya Müharibəsində faşizm üzərində qələbədə kim həlledici rol oynayıb?". Sputnik.Rəy-in bu sualla müraciət etdiyi respondentlərin, yalnız 15%-i təklif olunmuş 5 cavab variantından (Böyük Britaniya, SSRİ, ABŞ, digər, bilmirəm) SSRİ-ni seçib. ABŞ (79%) və Fransa (58%) əhalisinin əksəriyyəti, Almaniya (50%) əhalisinin isə yarısı hesab edir ki, məhz ABŞ faşizm üzərində qələbədə həlledici rol oynayıb.

Qocaman döyüşçü İdris Əhmədov - Sputnik Azərbaycan
Berlinə qədər döyüşən azərbaycanlı: "Bu vəhşiliyi heç faşistlərdən görmədim"

Həmçinin Böyük Britaniya əhalisinin yarıdan çoxu (59%) hesab edir ki, məhz onların ölkəsi faşizmlə mübarizədə ən əhəmiyyətli rol oynayıb. Britaniyalıların cəmi 11%-i ABŞ-ın, 15%-i isə SSRİ-nin faşizmin məhvində əsas yer tutduğunu iddia edib. Nəticələr Sputnik İnformasiya Agentliyi və radiosunun sifarişi ilə Fransanın Ifop və Böyük Britaniyanın Populus araşdırma şirkətləri tərəfindən keçirilmiş sorğunun gedişində alınıb.

Digər ölkələrlə müqayisədə Almaniya əhalisinin daha çox hissəsi, yəni 24%-i məhz SSRİ-nin həlledici səyləri ilə faşizmin məhv edildiyini düşünür. Şərqi və Qərbi Almaniya əhalisinin fikri bu məsələdə kəskin fərqlənir: Qərbi Almaniyada rəyi soruşulanların cəmi 16%-i, Şərqi Almaniyada 35%-i, Berlində isə 55%-i bu fikirdədir. ABŞ və Fransada SSRİ-nin sözügedən məsələdə əsas rol oynadığını düşünənlərin sayı ən aşağı həddədir — müvafiq olaraq 7% və 12%.

Ölkədən asılı olaraq, orta hesabla sorğunun keçirildiyi ölkələrin əhalisinin 14-15%-i İkinci Dünya Müharibəsi zamanı Avropanın faşistlərdən azad olunmasında kimin həlledici rol oynaması barədə suala cavab verə bilməyib. Hər ölkədə respondentlərin təxminən 1-2%-i hesab edir ki, Avropanın azad olunmasında əsas rolu digər ölkələr oynayıb.

SSRİ-nin Avropadakı rolu barədə fikirlər son 70 ildə radikal dərəcədə dəyişib. Fransanın qocaman ictimai fikrin öyrənilməsi institutu olan Ifop-un sorğusunun nəticələri bunu sübut edir. Belə ki, SSRİ-nin faşizm üzərindəki zəfərdə ən vacib rolu oynadığını düşünən parislilərin sayı 1944-cü ildəki 61%-dən 2004-cü ildə 20%-dək azalıb.

Ağadadaş Səmədov Rusiya Federasiyasının hökümət başçısı D.Medvedyev və Azərbaycan Prezidenti İlham Əliyevlə - Sputnik Azərbaycan
Öz ölüm xəbərini bir il sonra eşidən döyüşçü - Prezident ona nə sürpriz etdi?

Müxtəlif qiymətləndirmələrə görə, Qızıl Ordu müasir Rusiyanın Avropa hissəsini saymasaq, Avropa dövlətlərinin ərazisinin təxminən 50%-ni azad edib və müttəfiqlərlə müqayisədə dəfələrlə çox itki verib. Qızıl Ordu tərəfindən hazırda Avropanın 16 müstəqil dövlətinin ərazisində azad olunmuş əhalinin sayı ümumilikdə 120 000 000 nəfərdən çoxdur. Daha 6 ölkənin azad olunmasında Qızıl Ordu müttəfiqləri ilə birlikdə iştirak edib.

ABŞ və Böyük Britaniyada sorğu 2016-cı il 15-21 aprel aralığında Böyük Britaniyanın Populus araşdırma şirkəti tərəfindən həyata keçirilib. Fransa və Almaniyada sorğunu qocaman fransız ictimai fikri öyrənmə institutu olan Ifop 2016-cı il 14-18 aprel aralığında keçirib. Sorğuda iştirak edənlər cins, yaş və coğrafi baxımdan bölünüblər. Ölkə üzrə respondentlər barədə məlumatlarda maksimal nöqsan həddi +/- 3,1%, dəqiqlik faizi 95%-dir.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0