SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa Komissiyası Türkiyə vətəndaşları üçün vizaların qaldırılmasına qərar verdi

© vesti.azAvropa İttifaqı
Avropa İttifaqı - Sputnik Azərbaycan
Abunə olmaq
Komissiyanın açıqladığı üçüncü hesabatda vizaların qaldırılması ilə bağlı irəli sürülən kriteriyalardan 67-nin yerinə yetirildiyi bildirilib. Komissiya tərəfindən 72 kriteriya ilə bağlı əlavə vaxt tələb edilməyib.

BAKI, 4 may — Sputnik. Avropa Birliyi (AB) Komissiyası Türkiyə vətəndaşları üçün şengen ölkələrinə səyahətlərdə vizaların qaldırılmasına dair qərar verdi. Komissiya tərəfindən 72 kriteriya ilə bağlı əlavə vaxt tələb edilmədi. Komissiya 72 kriteriyadan yalnız 5-nin olmadığını deyib.

Ahmet Şimşek, Türkiyəli politoloq - Sputnik Azərbaycan
TƏHLİL
"Avropa Birliyi kürd amilini bəhanə edərək viza müqaviləsini təxirə sala bilər"

Sputnik milliyet-ə istinadla xəbər verir ki, Komissiyanın açıqladığı üçüncü hesabatda vizaların qaldırılması ilə bağlı irəli sürülən kriteriyalardan 67-nin yerinə yetirildiyi bildirilib. Tövsiyə qərarı Türkiyə vətəndaşları üçün vizaların iyun ayının sonunda qaldırılması nəzərdə tutur.

AB Komissiyasının tövsiyə qərarı Avropa Parlamenti və AB Şurası tərəfindən təsdiqləndikdən sonra tətbiq ediləcək. Əgər vizalar qalxsa, Türk vətəndaşları iyun ayının sonundan Almaniya, Avstriya, Belçika, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Macarıstan, Malta, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya və Yunanıstana gedərkən viza almağa ehtiyac duymayacaqlar.

Türkiyə vətəndaşları turist və ziyarət məqsədli səyahətlərində bu ölkələrdə 90 günədək qala biləcəklər. Şengen üzvü olmadıqları üçün İngiltərə və İrlandiyanın viza tətbiqi davam edəcək.

Xəbər lenti
0