Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Avropa Birliyi kürd amilini bəhanə edərək viza müqaviləsini təxirə sala bilər"

© Photo : A.Şimşekin şəxsi arxiviAhmet Şimşek, Türkiyəli politoloq
Ahmet Şimşek, Türkiyəli politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Ahmet Şimşek: "Bəzilərinin düşündüyü kimi, Türkiyədən Avropa qitəsinə ciddi axın olacağını gözləmirəm. Çünki bu gün türk insanının rifah səviyyəsi avropalınınkından aşağı deyil"

BAKI, 4 may — Sputnik. Avropa mətbuatı, Türkiyə və Avropa İttifaqı ölkələri arasında viza razılaşmasının mümkün olub-olmayacağını müzakirəyə çıxarıb. Mövzuya geniş məqalə həsr edən İngiltərənin "The Daily Telegraph" qəzeti yazıb ki, "əgər Ankara ilə Brüssel arasında viza müqaviləsi imzalanarsa, çoxlu sayda türk vətəndaşı, müddətlərini aşaraq Şengen bölgəsində qalacaq. Bu da razılaşmanın təxirə salınmasına səbəb ola bilər".

Türkiyə və Avropa İttifaqının bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyə Avropa İttifaqı ölkələri üçün viza rejimini ləğv etdi

Sputnik xəbər verir ki, AB ilə tərəfdaş ölkələr arasında tətbiq edilən viza razılığına əsasən, Şengen bölgəsində icazəsiz qalma müddəti 90 gündür. 26 Avropa ölkəsinin təmsil olunduğu Şengen zonasında ən çox qanunu pozan elə avropalılar özləridir.

"Məlumata görə, ildə təxminən 250 min insan vizasız oturma icazəsi olan 90 gün müddətini aşaraq Şengen bölgəsində qalır. Avropalı rəsmilər isə, qeyblərə qarışan bu insanların siyahısını hazırlamağın mümkünsüz olduğunu bildirir", — deyə məqalədə bildirilir.

"The Daily Telegraph" bildirir ki, Avropa Komissiyası 3 ildən uzun müddətdir, bu problemin qarşısını almaq üçün yeni kompüter sistemi yaratmağı təklif edir.

Mövzunu Sputnik-ə şərh edən türkiyəli politoloq Ahmet Şimşek, Türkiyədən Avropaya ciddi axın olacağına inanmadığını deyib: "Türk dilində bir söz var — "kerhe". Bunun mənası "zorla" deməkdir. Avropa Birliyi sırf suriyalı qaçqınlar onlara gəlməsin deyə, Türkiyə ilə razılığa gəldi. Ona görə də düşünürəm ki, bir müddət keçəndən sonra AB bir bəhanə tapıb, bu razılığı təxirə salacaq".

"Bəzilərinin düşündüyü kimi, Türkiyədən qitəyə ciddi axın olacağını gözləmirəm. Bəlkə ilk mərhələdə turist səfərləri ola bilər, amma "gedim orda iş qurum, gələcək qurum" kimi köçlər olmaz, olmayacaq", — siyasi şərhçi bildirib.

Onun sözlərinə görə, bu gün türk insanının rifah səviyyəsi avropalınınkından aşağı deyil: "Mənim orda yaşayan qohumlarım, dostlarım var. Xüsusilə səhiyyə baxımından bizim ölkəmiz Avropadan çox irəlidədir. Dolayısı ilə, bizim vətəndaşlarımız 10-15 il əvvəl olduğu kimi, Avropada qalma, yaşama həvəsində deyillər".

Şimşek hesab edir ki, Avropaya daha çox cənub şərqi Anadolu bölgəsində PKK terrorundan əziyyət çəkən vətəndaşlar üz tuta bilərlər: "Sadəcə olaraq cənub-şərqi Anadolu bölgəsində, terrordan əziyyət çəkən kürd vətəndaşlarımız ola bilər ki, PKK-nın təsirindən xilas olmaq üçün qitəyə axın etsinlər. Elə buna görə də, mən AB-yə güvənmirəm. Məhz bunu bəhanə edərək viza müqaviləsini ortadan qaldıra, təxirə sala bilərlər".

Xəbər lenti
0