CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmlak bazarında vəziyyət ağır olaraq qalır

© Sputnik/Fuad HasanovDaşınmaz əmlak agentliyi
Daşınmaz əmlak agentliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il ki, dövrlə müqayisədə istər ilkin mənzil bazarında, istərsədə təkrar mənzil bazarında qiymətlərdə azalma var. Təkrar mənzil bazarında qiymət azalması daha çoxdur.

BAKI, 3 may — Sputnik. Ölkənin əmlak bazarında müəyyən durğunluq müşahidə olunur. Ekspertlər isə bu məsələyə fərqli yanaşırlar. Bəziləri bunun səbəbini dünyadakı qlobal böhran və neftin qiymətində, bəziləri isə manatın dəyərsizləşməsi və gəlirlərin azalmasında görürlər. Bundan başqa, vəziyyətin stabil olduğunu bildirənlər də var.

Журналисты в пресс-центре - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Azərbaycanda daşınmaz əmlak: qiymətlər düşməkdə davam edəcəkmi

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında bildirib ki, əmlak bazarındakı durğunluğun səbəbi xaricdən gələn vəsaitin azalması və ölkədəki iqtisadi aktivliyin zəifləməsidir: "İqtisadi aktivlik zəifləyib, insanların gəlirləri azalıb. Bu fonda daşınmaz əmlak bazarı ən çox durğunluğa girən və alış-satışların aşağı düşdüyü ən böyük seqmentlərdən biridir".

"İllərdir bu bazarda əsas rollardan birini xaricdən, xüsusən də, Rusiyadan gələn vəsait oynayırdı. Rusiyada çalışan soydaşlarımız qazanclarının bir hissəsini yatırım kimi və ya ailə ehtiyaclarını ödəmək üçün Azərbaycanda daşınmaz əmlakın alınmasına yönəldirdilər. İndi Rusiyadan gələn vəsait də xeyli azalıb, Azərbaycan daxilində də iqtisadi aktivlik zəifləyib. Buna görə də bir durğunluq yaranıb", — ekspert vurğulayıb.

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı isə bildirib ki, bazardakı hazırki vəziyyəti stabil qiymətləndirmək olar: "Hazırda mənzil bazarındakı vəziyyəti stabil qiymətləndirmək olar. Çünki ilin əvvəli ilə müqayisədə, qiymətlərin tədricən stabilləşməsi prosesi baş verir. Təqribən son beş-altı ay ərzində qiymətlərin daha dinamik azalması prosesi baş verirdi. Amma, son iki ay ərzində qiymətlərin tədricən nisbi azalması müşahidə olunur".

"Yəni ay ərzində orta qiymətlərdə mənfiyə doğru bir-iki faizlik qiymət dəyişməsi baş verir. Bu da indiki situasiyada stabil deməkdir. Yəni qiymətlərin stabilləşməsi deməkdir. Amma, ötən ilki dövrlə müqayisədə, istər ilkin mənzil bazarında, istərsə də təkrar mənzil bazarında qiymətlərdə azalma var. Amma, təkrar mənzil bazarında qiymət azalması daha çoxdur", — Osmanlı qeyd edib.

Natiq Cəfərlinin sözlərinə görə, əmlak bazarındakı problemləri aradan qaldırmaq üçün ipoteka və bank kreditlərinin şərtləri daha dəqiq və əlçatan olmalıdır: "Lakin real vəziyyət bu şərtlərə uyğun deyil. Belə ki, İpoteka Fondunun xətti ilə mayın 1-dək 730 milyon 702 min manat məbləğində 17 min 995 ipoteka krediti verilib. Bir ay əvvəl isə bu göstərici 730 milyon 608 min manat (17 min 993 kredit) idi. Yəni, aprel ayı ərzində cəmi 94,02 min manatlıq 2 ipoteka krediti verilib".

Ramil Osmanlı da, bu il ipoteka kreditlərinin verilməsinin, demək olar ki, dayandırıldığını deyib: "Çox təəssüflər olsun ki, hələ də İpoteka Fondunun strukturunun təşkili ilə bağlı konkret bir addım yoxdur. Eyni zamanda əsas məsələ dövlət büdcəsində ipoteka üçün nəzərdə tutulan 50 milyon manat vəsaitin ayrılmaması məsələsidir. Bu vəsaitin ayrılmaması da ipoteka kreditlərinin dayanmasına gətirib çıxarıb. Demək olar ki, artıq 2016-cı il ərzində ipoteka kreditlərinin verilməsi dayandırılıb".

Lənkəranda yaşayış binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bölgələrdə əmlak alqı-satqısı "ölüb"

"Amma, müəyyən istisnalar var. Məsələn fevral və mart aylarında hər ay iki, yaxud üç ipoteka verilib. Bu da hələlik müvəkkil bankların öz vəsaitləri hesabına həyata keçirilib. Gözlənilir ki, İpoteka Fonduna ayrılan vəsait Maliyyə Nazirliyindən Fondun hesabına köçürüləndən sonra proses yenidən başlaya bilər. Hələ ki, bu gün üçün konkret bir addım yoxdur", — mütəxəssis əlavə edib.

O bildirib ki, indiki vəziyyətdə ipoteka kreditləri üzrə problemli kreditlərin həcminin artma ehtimalı var: "Hesab edirəm ki, ipoteka haqqında qanunvericiliyə yenidən baxılmalıdır, faiz dərəcəsi ilə bağlı ciddi adımlar atılmalıdır, islahatlar həyata keçirilməlidir. Eyni zamanda, ilkin ödənişlə bağlı qaydalar müəyyən qədər dəqiqləşdirilməlidir".

Xəbər lenti
0