CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu xəstəliyin ölkə üzrə səviyyəsi ehtiyatlı olmağı tələb edir

© Sputnik / Sait Tsarnayev / Mediabanka keçidMal-qara
Mal-qara - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxın vaxtlarda brusellyoza qarşı kütləvi peyvəndləmə başlayacaq. Xəstəliyə qarşı kütləvi peyvəndləmədən 4 il sonra yenidən qan nümunələri toplanılacaq və nəticələr müqayisə ediləcək.

BAKI, 3 may — Sputnik. Azərbaycanda heyvanlar arasında brusellyoz xəstəliyinə yoluxma səviyyəsini yoxlamaq üçün, 92 min iri və xırdabuynuzlu heyvandan qan nümunəsi götürülüb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə məlumat verilib.

Bildirilib ki, təsadüfi seçim üsulu ilə aparılan bu yoxlamalar xəstəliyin yayılma səviyəsini (rayonlar, kəndlər, qışlaqlar, heyvan növləri və yaş qrupları üzrə) təyin edib. Toplanan bütün məlumatlar xususi elektron məlumat bazasına yüklənib.

Yaşıb lobya. Arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycana idxal olunan lobyada xəstəlik aşkarlandı

Qan nümunələrinin serumları 5 il müddətində mənfi 20 C temperaturda saxlanılacaq, bu da Dövlət Baytarlıq Xidmətinə bu və digər xəstəlikləri təhlil etməya imkan yaradacaq. Brusellyoza qarşı kütləvi peyvəndləmədən 4 il sonra yenidən qan nümunələri toplanılacaq və nəticələr müqayisə ediləcək.

Bu, aparılmış mübarizənin nə dərəcədə effektiv olduğunu söyləməyə əsas verəcək. Yaxın vaxtlarda brusellyoza qarşı kütləvi peyvəndləmə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlığa Nəzarət Xidməti tərəfindən başlanacaq.

Brusellyoza yoluxma riski olanlar arasında, heyvan sahibləri və heyvandarlıq məsullarının istifadəçiləri də olduğundan, xəstəlik səviyyəsini müəyyənləşdirmək üçün təsadüfi seçim ilə onlardan da qan nümunələri götürülməsi nəzərdə tutulub. Azərbaycanda brusellyoz xəstəliyinə qarşı yeni mübarizə proqramı Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə layihəsi çərçivəsində aparılır. Mübarizənin məqsədi insan üçün uzun müalicə dövrü və ağır fəsadları olan brusellyoz xəstəliyini ləğv etməkdir.

Xəbər lenti
0