Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycana idxal olunan lobyada xəstəlik aşkarlandı

© Photo : www.vsyasol.ruYaşıb lobya. Arxiv şəkli
Yaşıb lobya. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədən Azərbaycana idxal olunan 750 kiloqram ərzaqlıq lobyada karantin tətbiq olunan xəstəlik aşkar edilib. Həmin məhsullar karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilib.

BAKI, 2 may — Sputnik. Son vaxtlar Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Azərbaycan Respublikasına daxil olan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarət gücləndirilib.

Yararsız ət - Sputnik Azərbaycan
HADİSƏ
Bir tona yaxın yararsız ət aşkarlandı

Dövlət Xidmətinin mətbuat katibliyindən Sputnik-ə verilən məlumata görə, bu günlərdə fiziki şəxs İntiqam Murad oğlu İxtiyarova məxsus olan "TR 61 K 8273" dövlət nömrə nişanlı yük avtomobili ilə Türkiyə Respublikasından Azərbaycana daxil olan 750 kiloqram ərzaqlıq lobya məhsulundan götürülən nümunələr müvafiq laboratoriyalarda analiz edilib. Aparılan analiz nəticəsində məhsulda karantin tətbiq edilən xəstəliklərdən lobyanın bakteriozu və ya bakterial yanıq ləkəliyi (Xanthomonas campestris pv. Phaseoli Dye) aşkar edilib.

© Photo : Dövlət Fitosanitar Nəzarəti XidmətiXəstəliyə yoluxmuş dənli bitkilər barədə laborator məlumat
Xəstəliyə yoluxmuş dənli bitkilər barədə laborator məlumat - Sputnik Azərbaycan
Xəstəliyə yoluxmuş dənli bitkilər barədə laborator məlumat

Adı çəkilən xəstəliyin respublikanın bitki örtüyü üçün təhlükəli və karantin tətbiq edilən zərərli orqanizm olduğunu nəzərə alaraq, bu gün yük "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilib.

© Photo : Dövlət Fitosanitar Nəzarəti XidmətiTərkibində xəstəlik aşkar edilmiş lobyanın termik üsulla məhv edilməsi
Tərkibində xəstəlik aşkar edilmiş lobyanın termik üsulla məhv edilməsi - Sputnik Azərbaycan
Tərkibində xəstəlik aşkar edilmiş lobyanın termik üsulla məhv edilməsi

Qeyd edək ki, "Xanthomonas phaseoli" torpaqda uzun müddət yaşaya bilir. Xəstəliyin inkişafı üçün optimal temperatur 25-30 dərəcədir. Güclü yağan yağışlar, havanın temperaturunun 1-18 dərəcədən aşağı olmaması bitkilərin yoluxması üçün əlverişli şərait yaradır. Orta yoluxmada məhsuldarlıq 15-20 faiz, güclü yoluxmada isə 40-50 faizə qədər aşağı düşür. Bakteriyanın infeksiyası toxumlarda bir neçə il, bitki qalıqlarında isə onların cücərməsinə qədər qalır.

Məhsulun xəstəliyə yoluxmaması üçün sağlam bitkilərdən alınan toxumlardan istifadə edilməlidir. Səpinlərdən əvvəl toxumlar fentiuram preparatı ilə (3-4 kq/t) dərmanlanmalı, səpin müddətinə və növbəli əkinə əməl edilməlidir. Çiçəklənmədən əvvəl bitkilərin mineral gübrələrlə yemlənməsi müsbət amildir.

Xəbər lenti
0