Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Müsyo İbrahim və Quran çiçəyi"

© Photo : Azdrama"Müsyo İbrahim və Quran çiçəyi" tamaşasından bir səhnə
Müsyo İbrahim və Quran çiçəyi tamaşasından bir səhnə - Sputnik Azərbaycan
Abunə olmaq
Erik Emmanuel Şmitdin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramı Azərbaycan dilinə Yaşar Əliyev tərcümə edib

BAKI, 2 may — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (Azdrama) "Müsyo İbrahim və Quran çiçəyi" tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Erik Emmanuel Şmitdin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramı Azərbaycan dilinə Yaşar Əliyev tərcümə edib.

Səhnə - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Tezliklə "Danabaşlar"la tanış olacaqsınız

Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Qeyd edək ki, səhnə əsərində xalq artisti Fuad Poladov (Müsyö İbrahim), aktyor Murad İsmayılov (Moisey), əməkdar artistlər Sabir Məmmədov (Ata), Şəlalə Şahvələdqızı (Bricit Bardo), Mehriban Zəki (Ana), aktyorlar Fidan Cəfərova (Qız), Rüstəm Rüstəmov(İnspektor), Adil Dəmirov (Polis), Vüsal Mustafayev (Avtomobil satıcısı), Leyla Elnurqızı və Kərim Kərimov (Moiseyin uşaqları) rol alıblar.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir. Xatırladaq ki, fransız yazıçısı və dramaturqu Erik Emmanuel Şmidtin 2001-ci ildə yazdığı əsər dünyanın 20-dən artıq teatrında tamaşaya qoyulub.

Xəbər lenti
0