CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirliyə 16 minə yaxın müraciət daxil olub

© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. - Sputnik Azərbaycan
Abunə olmaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Çağrı mərkəzi"nə daxil olan 15433 müraciətin 98 faizdın çoxunu vətəndaşların sorğu xarakterli müraciətləri təşkil edib

BAKI, 2 may — Sputnik. 2016-cı ilin aprelində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 "Çağrı mərkəzi"nə daxil olan 15 min 433 müraciətin 15 min 145-ni (98,1 faiz), məhz nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar vətəndaşların sorğu xarakterli müraciətləri təşkil edib. Bu barədə ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik-ə məlumat verilib.

Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
Müdafiə Nazirliyinə kütləvi müraciətlər ünvanlanır

Bildiriblər ki, sorğularla əlaqədar vətəndaşlara nazirliyin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən aydın şəkildə hüquqi izahatlar verilib. Digər 288 müraciət isə baxılaraq araşdırılması və müvafiq tədbirlər görülməsi üçün müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Aprel ayında daxil olan müraciətlərin 49,6 faizi sosial təminat, 14,9 faizi əmək qanunvericiliyi, 19 faizi nazirliyin elektron xidmətlərindən istifadə 8,3 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 8,2 faizi isə məşğulluğun təminatı məsələləri ilə əlaqədar olub. Son bir ayda "Çağrı mərkəzi"nə nazirliyin elektron xidmətlərindən istifadə məsələləri ilə bağlı daxil olan müraciətlərin sayı cari ilin yanvar ayı ilə müqayisədə 34 faiz, fevral ayı ilə müqayisədə 18 faiz, mart ayı ilə müqayisədə isə 15,1 faiz artıb.

Xəbər lenti
0