Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimiz 51-ci Avropa çempionatına yollanır

© sputnik.azKarate İlahə Qasımova
Karate İlahə Qasımova - Sputnik Azərbaycan
Abunə olmaq
Karate yığmamızın üzvləri 5-8 may tarixlərində Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında iştirak edəcəklər

BAKI, 29 apr — Sputnik. Azərbaycan karateçiləri Avropa çempionatına hazırdırlar. Karate Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, karateçiərimiz 5-8 may tarixlərində Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında iştirak edəcəklər.

Rafael Ağayev - Sputnik Azərbaycan
İDMAN
Karateçilərimiz Dubaydan iki medalla döndülər

Fərdi kumite yarışlarında Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamaov (+84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq) mübarizə aparacaq. İdmançılarımız həmçinin kişi və qadınların komanda kumite turnirində çıxış edəcəklər. Asiman Qurbanlı ilə Orxan Heydərli komanda yarışlarında heyətə qatılacaq.

Kata çıxışlarında idmançılarımız fərdi yarışlarda iştirak edəcəklər. Roman Heydərovla Neda Rezai mükafatlar uğrunda mübarizə aparacaq.
Məşqçilərdən Vahid Ayvazov, Şahin Xudaverdiyev və Seymur Hüseynov, beynəlxalq hakimlərdən isə Yusif Məmmədov, Cahangir Babayev, Anar Allahverdiyev və Nərgiz Mehdiyeva qitə çempionatına yollanacaq.

Qeyd edək ki, federasiya rəhbərliyi qitə çempionatından bir gün əvvəl Avropa Karate Federasiyasının növbəti konfransında iştirak edəcək. 51-ci Avopa çempionatında 46 ölkədən 437 idmançı yarışacaq. Fransaya mayın 3-də yola düşən 26 nəfərlik heyət bir həftə sonra vətənə dönəcək.

Xəbər lenti
0