CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İŞİD-in tərkibində döyüşüb, sonradan Azərbaycana qayıdanlar barədə faktlar açıqlayacağam"

© Photo : İ.Yusifzadənin şəxsi arxiviAnaları ilə birlikdə Suriyaya qaçmış Nəzrin və Lalə
Anaları ilə birlikdə Suriyaya qaçmış Nəzrin və Lalə - Sputnik Azərbaycan
Abunə olmaq
Xanımı Suriyaya qaçmış İlqar Yusifzadə, qızlarının yoxa çıxmasında insan alverçilərinin əli olmasından şübhələnir. O, hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları barədə də ifşaedici materiallar topladığını deyir.

BAKI, 28 apr — Sputnik. Hüquq-mühafizə orqanları nəhayət ki, anaları ilə Suriyaya İŞİD sıralarına qoşulmağa qaçan iki azərbaycanlı qızın axtarışına başlayıb. 11 yaşlı Nəzrin və 5 yaşlı Lalənin atası iki ildən sonra övladlarının axtarılanlar siyahısına daxil edilməsinə nail olub.

İlqar Yusifzadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xanımı Suriyaya qaçan kişinin gözyaşardıcı həyat hekayəsi

Xatırladaq ki, daha öncə Sputnik İlqar Yusifzadənin əhvalatı barədə yazıb. Hər şey 2003-cü ildə başlayıb. O, Pərvanə adlı qızla evlənib və ailə bir müddət normal yaşayıb. Gənclər Xırdalan şəhəri yaxınlığındakı Quşçuluq massivində yaşayıblar.

2014-cü ildən başlayaraq Pərvanə qonşuluqdakı Əfsanə Rəsulova ilə dostluq etməyə başlayıb. Bir neçə aydan sonra Əfsanə namaz qılmağa başlayıb. Onun ardınca Pərvanə də eyni addımı atıb. Bir müddət sonra o, hicaba bürünüb.

Tezliklə Əfsanə Şabran rayonuna köçür. Lakin Pərvanə onunla əlaqə saxlamaqda davam edir.

"Son zamanlar kiçik çəkişmələrimiz çox olurdu. 2014-cü ilin yanvar ayı idi. Heç bir səbəb olmadan evdə dava saldı. Bacısı da məətəl qalmışdı. Axşam çıxdı getdi bacısıgilə. Mənə dedi ki, "məni başa düş, əsəblərim korlanıb, qoy bir az burda qalım, sakitləşim"" — deyə İlqar bildirir.

Daha sonra Pərvanə xəbər vermədən, Əfsanənin Suriyada həlak olmuş qardaşının baldızı Həcərgilə gedir: "Pərvanə itdikdən sonra onu harda axtaracağımı bilmirdim. Nəhayət ona zəng edə bildim. Soyuqqanlı tərzdə dedi ki, mömin müsəlman kimi yaşamadığım üçün mənimlə yaşamaq istəmir".

© Photo : İ.Yusifzadənin şəxsi arxiviAnaları ilə birlikdə Suriyaya qaçmış Nəzrin və Lalə
Anaları ilə birlikdə Suriyaya qaçmış Nəzrin və Lalə - Sputnik Azərbaycan
1/9
Anaları ilə birlikdə Suriyaya qaçmış Nəzrin və Lalə

2/9

© Sputnik / Murad Orujovİlqar Yusifzadə.
İlqar Yusifzadə - Sputnik Azərbaycan
3/9
İlqar Yusifzadə.
© Photo : İ.Yusifzadənin şəxsi arxiviAnaları ilə birlikdə Suriyaya qaçmış Nəzrin və Lalə
Anaları ilə birlikdə Suriyaya qaçmış Nəzrin və Lalə - Sputnik Azərbaycan
4/9
Anaları ilə birlikdə Suriyaya qaçmış Nəzrin və Lalə
© Photo : İ.Yusifzadənin şəxsi arxiviAnaları ilə birlikdə Suriyaya qaçmış Nəzrin və Lalə
Anaları ilə birlikdə Suriyaya qaçmış Nəzrin və Lalə - Sputnik Azərbaycan
5/9

6/9

7/9

8/9

9/9

Ardınca Pərvanə boşanmaq üçün məhkəməyə müraciət edir. Xeyli çəkişmədən sonra məhkəmə onları ayırır, uşaqlar anası ilə qalırlar. Bu arada Əfsanə kiçik qızını götürüb, 2014-cü ilin iyununda Suriyaya gedir.

2015-ci il aprelin 30-da Yusifzadə keçmiş həyat yoldaşına zəng edərək ondan geri qayıtmağı xahiş edir. Lakin qadın etiraz edərək uşaqları məktəbdən götürəcəyini bildirir. Bundan sonra ana iki qızı ilə birlikdə yoxa çıxır. 2015-ci ilin mayında Nəzrin atasına zəng edərək Suriyanın Rakka şəhərində olduqlarını deyir.

Qız atasından onların yanına gəlməsini xahiş edir və deyir ki, əks halda anasını yad kişiyə ərə verəcəklər. Nəzrin atası ilə yazışmağa başlayır. Məktubla avtomatlı şəklini, bacısının İŞİD geyimində şəklini göndərir. Atasına bağlı yerdə saxlandıqlarını, avtomat silahdan atəş aça bildiyini yazır.

Lakin Yusifzadə gördüyünə inanmaq istəmir. O, əmindir ki, uşağa belə yazmağı öyrədirlər. Qızın göndərdiyi səs yazılarında ona nə etməyi diqtə edən yad səslər eşidilir. Eyni zamanda o, şəkillərdə tez-tez yazılanlarla uyğunsuzluq tapır.

Azərbaycan Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
"Azərbaycan ərazisinə keçməyə çalışan terrorçular cəzalandırılacaqlar"

Şübhələr İlqarı tanış haker tapmağa məcbur edir. Haker zənglərlə ünvanı müəyyən edir və aşkar olur ki, İlqarın övladları əslində Azərbaycandadırlar. Zənglər Bakı ətrafından edilibmiş. Lakin İlqar həmin ünvanlarda uşaqlarını tapa bilmir.

Bu ilin mart ayında İlqar məhkəmə yolu ilə uşaqların onun hamiliyinə verilməsinə nail olur. Bundan sonra o, qızların itməsi ilə bağlı polisə müraciət edir.

İlqar iddia edir ki, 2014-cü ildən bu günədək hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları barədə kifayət qədər ifşaedici material toplayıb. Əgər onlar qızlarını qaytarmasalar, İlqar Suriyada İŞİD-in tərkibində döyüşüb sonradan Azərbaycanda sakit yaşayanlar barədə məlumatları açıqlamaqla hədələyir.

"Qorxuram ki, ailə üzvlərim insan alverçilərinin qurbanı olublar. Bu işdə insan orqanları ilə alver edən və qadınları cinsi istismara məruz qoyan insanların əli var", — deyə o bəyan edib.

Xəbər lenti
0