Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Həlledici günün bir addımlığında: məclisi kim ələ alacaq?

© Sputnik / Fuad HasanovƏlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru
Əlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru - Sputnik Azərbaycan
Abunə olmaq
İranda parlament seçkilərinin növbəti turu ərəfəsində spiker vəzifəsi uğrunda mübarizə qızışır. Reformaçılar seçkidə qalib gələrək öz sıralarını daha da genişləndirəcək, yaxud...

Əlimusa İbrahimov,
Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru,
Politoloq

BAKI, 28 apr — Sputnik. İran İslam Respublikasında bu ilin fevral ayının 26-da keçirilən parlament seçkilərindən 2 aydan çox bir vaxt keçir. Boş qalmış yerlərə seçkilərin vaxtı müəyyən edilib. İran qanunvericiliyinə uyğun olaraq seçkilərin 2-ci turunu aprel ayının 29 —da keçirmək nəzərdə tutulub.

Hazırda mövcud olan qüvvələr balansına bu turun necə təsir göstərəcəyi siyasi müşahidəçilər tərəfindən diqqət mərkəzindədir. Reformaçılar seçkidə qalib gələrək öz sıralarını daha da genişləndirəcək, yaxud mühafizəkarlar 1-ci turda uğradıqları məğlubiyyətin əvəzini çıxaraq parlamentdəki status-kvonu saxlayacaqlar?

İran parlamentində yaz sessiyası - Sputnik Azərbaycan
Demokratik seçki olsa, İran türk dövlətinə çevriləcək

Ötən seçkilərin nəticələri təbii ki, mühafizəkarları razı sala bilməzdi. Belə ki, onlar Tehran regionunda bir yer belə qazana bilməyərək 30 yerin hamısını reformaçılara verdilər. Digər məntəqələrdə nisbətən fəallığı ələ almalarına baxmayaraq, onlar 290 mövcud yerdən cəmi 67-sini qazana bidilər. Bu da onların opponentləri olan reformaçıların qazandığı yerlə (86 yer) müqaysədə nəzərəçarpacaq dərəcədə az idi.

Seçkidə iştirak edən bitərəflər 55 yer, mötədil mühafizəkarlar isə 11 yer tuta bildilər. Boş qalan 71 yer üçün seçkilərin ikinci turunun keçirilməsi qərara alınmışdı.

Nəticələrin bu formada alınması yeni spikerin seçilməsi haqqında debatları gündəmə gətirdi. Heç bir partiya təkbaşına namizəd irəli sürə bilmirdi. Kimin parlament spikeri seçiləcəyi haqqında proqnoz vermək, indiki halda çox çətindir. Amma bu mühüm post uğrunda mübarizənin reformaçı Məhəmməd Reza Arif və parlamentin indiki spikeri Əli Laricani arasında gedəcəyi şübhəsizdir.

Laricani özündən əvvəlki Məclisin spikeri, təcrübəli siyasətçi Qulam Əli Həddad- Adili məğlub etdikdən sonra spiker seçilib. Bu ilki seçkilərdə Həddad Əli Tehran regionundan namizədliyini irəli sürmüşdü. Mühafizəkarların siyahısının önündə qərar tutmasına baxmayaraq, o, məclisə düşə bilmədi.

3-cü dəfə Qum şəhərindən Məclisə seçilən Laricani yenidən spiker seçilmək üçün əlverişli mövqeyə malikdir. Birinci ona görə ki, uzun müddət parlamentə rəhbərlik etmək Laricaniyə müəyyən nüfuz qazandırıb və onunla birlikdə olan siyasətçilər Ariflə Laricani arasında seçim etməli olduqda ona üstünlük verəcəklər.

Mühafizəkarların digər nümayəndələri də namizəd irəli sürə bilməyəcəkləri təqdirdə, baxmayaraq ki, Laricani ilə mühafizəkarlar arasında Məclisin idarə edilməsi, nüvə problemi ilə bağlı sazişin həyata keçirilməsi və iqtisadi məsələlərlə bağlı fikir ayrılıqları yarnmışdı, mühafizəkar kökə malik Laricani onlar üçün əlverişli seçim olacaq.

Məclisə yeni spikerin seçilməsi məsələsinə gəlincə, yəqin ki, prezident Həsən Ruhani faktorunu da yaddan çıxarmaq lazım deyil. Onun 3 illik hakimiyyəti dövründə Prezident-spiker münasibətlərinin yüksək səviyyədə olması müşahidə edilib. Bu fakt hakimiyyətin Laricani üzərində dayanacağını subut edən əhəmiyyətli faktdır.

Laricaninin Məclisin spikeri olması yolunda ən böyük rəqib keçmiş prezident Məhəmməd Hatəminin dövründə vitse-prezident vəzifəsini tutan və bir zamanlar hətta özü də prezident olmaq iddiasında olan Arifdir. 2013-cü ildə Prezident seçkiləri zamanı namizədliyini irəli sürən və politoloqların fikrincə, namizəd kimi heç də zəif ilmayan Arif son anda indiki prezident Ruhaninin xeyrinə namizədliyini geri götürmüşdü.

The assembly hall of the Iranian Parliament (the Islamic Consultative Assembly - Majlis) in Tehran - Sputnik Azərbaycan
İran parlamentinə seçilən 220 deputatdan cəmi 12-si qadındır

Seçkilərdə yaxından iştirak edən reformaçıların dediyinə görə, Ruhaninin namizədliyi dəqiqləşəndən sonra Arifin namizədliyini geri götürməsi zərurəti yarandı. Arif bir halda razı olacağını bildirdi ki, əgər keçmiş prezident Hatəmi yazılı şəkildə ona müraciət edərsə, o, namizədliyini geri götürə bilər. Əks halda seçilməkdə qərarlıdır. Təbi ki, Hatəmi bu şərti qəbul etdi və yazılı şəkildə Arifə namizədliyini geri götürməklə əlaqədar müracət olundu. Bu hadisə — onun deyil, Ruhaninin namizəd kimi seçilməsi — Arifə o dərəcədə təsir etdi ki, Arif qərarı ilə əlaqədar bəyanat verərkən Ruhaninin adını çəkmədi.

Bu hadisədən sonra Arif haqlı olaraq Məclis spikeri vəzifəsi uğrunda mübarizəyə qoşula bilər. Amma burada da bir maneə var ki, reformaçıların heç də hamısı Arifi spiker kimi görmək istəmir.

Arifin əleyhinə olan arqumentlər bununla bitmir. Onun siyasi səhnədə davranışını, xüsusilə 2013-cü il prezidentliyə namizıdlər arasında televiziyada keçirilən debatları nəzərdən keçirən mütəxəssislər razılaşırlar ki, Arif bu vəzifə üçün yetərincə mülayim deyil. Kəskin mübahisələrin aparıldığı, bir-birinə zidd iki böyük qüvvənin mövcud olduğu Məclisin rəhbəri barışdırıcı mövqeyi ilə nüfuz qazanmalıdır. Digər tərəfdən, İranda tanınmış siyasətçi hesab olunan Qulamhüseyin Qarabaşçının dediyinə görə, "Hakimiyyət üçün Ariflə Laricani arasında heç bir fərq yoxdur".

2013-cü il Prezident seçkilərində güzəştə gedən Arif, yenə də eyni addımı atmağa razı olacaqmı? Siyasətçilər bu fikirlə razılaşırlar ki, Arifin şəxsi fikri nə olmasından asılı olmayaraq, o, yenə də ümumi reformaçıların qərarı ilə razılaşacaq. Əgər reformaçılar Laricaninin seçilməsini dəstəkləyəcəksə, Aris şübhəsiz, məcburiyyət qarşısında qalsa belə, onunla razılaşacaq.

Digər tərəfdən seçkilərin aprelin 29-na nəzərdə tutulmuş ikinci turunun nəticələri də müəyyən korrektələr edə bilər. İstənilən halda qisa müddət ərzində İran İslam Respublikasında gedən debatların nə ilə nəticələnəcəyinin şahidi olacağıq.

Xəbər lenti
0