BAKI, 1 mart-Sputnik. İran parlamentinə seçilən 220 deputatın 12-si qadındır.
Sputnik Report-a istinadla xəbər verir ki, bunu ölkə daxili işlər naziri səlahiyyətlərini icra edən Hüseynəli Əmiri" İranın "Birinci" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, parlamentə 290 yerdən 220-si müəyyənləşib. 140 namizəd isə apreldə keçiriləcək ikinci turda 70 yer uğrunda mübarizə aparacaq.
Hüseynəli Əmiri qeyd edib ki, 30 əyalət üzrə Dini Ekspertlər Şurası Məclisinə keçirilən seçkinin nəticəsi elan olunub və açıqlanıb.