Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Daha bir turnir başa çatdı

© Photo : Ahmed AhmedovKikboksçu Zöhrab Əzimov (sağda) döyüşdən əvvəl
Kikboksçu Zöhrab Əzimov (sağda) döyüşdən əvvəl - Sputnik Azərbaycan
Abunə olmaq
İsmayıllıda Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kikboksinq üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatıb.

BAKI, 25 apr — Sputnik. İsmayıllıda daha kikboksinq birinciliyi başa çatıb.

Kikboks Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu günlərdə İsmayıllı Olimpiya Kompleksində Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kikboksinq üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan Birinciliyi başa çatıb.

Üç gün davam edən birincilikdə ən güclü gənc və yeniyetmə kikbioksçular müəyyənləşib. Birincilikdə 38 komanda iştirak edib.

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçisi, əməkdar məşqçi Hakim Hacıyevin komandası Yeniyetmələr üzrə, “Neftçi” İdman Klubu baş məşqçisi, əməkdar məşqçi Ehram Məcidovun komandası isə gənclər arasında birinci yerə çıxıb. 

Xəbər lenti
0