Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı boksçu Almaniyanı "silkələdi"

© Photo : Ali AlishovAğali Alışov, peşəkar boksçu
Ağali Alışov, peşəkar boksçu - Sputnik Azərbaycan
Abunə olmaq
Alman boksçu döyüşdən əvvəl keçirilən mətbuat konfransında azərbaycanlı idmançını təhqir edib və onu nokauta salacağını bildirib. Lakin qarşılaşmanın sonunda boksçumuz almaniyalı rəqibini öz vətənində noqdauna salıb.

BAKI, 25 apr — Sputnik. Aprelin 23-də Almaniyanın Hagen şəhərində boks üzrə ölkə çempionatı keçirilib. Yarışda Almaniyada yaşayan azərbaycanlı boksçu Ağalı Alışov da iştirak edib. Alman idmançı Said Maraş ilə qarşılaşan Ağalı Alışov rəqibi üzərində böyük üstünlüklə qələbə qazanıb.

Ağəli Alışov, peşəkar boksçu - Sputnik Azərbaycan
İDMAN
Məşhur azərbaycanlı boksçudan sensasiyalı açıqlamalar

Maraş döyüşdən əvvəl keçirilən mətbuat konfransında qeyd edib ki, azərbaycanlı idmançını nokaut ilə məğlub edəcək. Və hətta tədbirdə bunu dedikdən sonra, idmançımızın yaxasından tutaraq güc tətbiq edib. Lakin A. Alışova psixoloji təsir göstərməyə cəhd edən S. Maraş, rinqdə özü noqdauna düşərək məğlub olub.

"Boş boğaz insanları heç vaxt sevməmişəm və elə insanlara da heç vaxt hörmətim olmayıb. Mən daim çalışıram ki, öz sözümü rinqdə deyim. Rəqibimin bu hərəkətinə heç fikir belə, vermək niyyətim yox idi, çünki döyüşöncəsi sakit olmağa çalışıram. Lakin əl atıb yaxamdan dartması məni bir az özümdən çıxardı", —deyə A. Alışov Sputnik-ə açıqlamasında bildirib.

O, rəqibini nokauta salacağına dair məşqçisinə söz verdiyini deyib: "Rəqibimi nokauta salacağıma dair öz məşqçimə söz vermişdim. 3-cü raundun sonuna 15 saniyə qalmış onu noqdauna saldım, lakin raundun sona çatması rəqibi nokaut olmaqdan xilas etdi".

"4-cü raund başlar-başlamaz rəqibim mənim üzərimə hücuma keçdi, lakin mən onun qarşısını öz zərbələrimlə aldım və nəticədə rəqib tərəfin müəllimi ağ dəsmalı ringə ataraq döyüşün saxlanılmasını tələb etdi. Bununla da döyüş mənim xeyrimə bitdi", —idmançımız vurğulayıb.

A. Alışov rəqibinin döyüşdən sonra onu təbrik etdiyini də əlavə edib: "Said Maraş sözünü tuta bilməyib məğlub olsa da, döyüşsonrası mənə yaxınlaşıb güclü olduğumu söylədi və məni təbrik etdi".

Qeyd edək ki, istər döyüşdən əvvəl yaşanan qalmaqal, istərsə də qarşılaşmanın nəticəsi alman mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib.

Xəbər lenti
0