Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Türkiyə silah istehsalçılarına meydan oxudu: "Ən yaxşısını düzəldərik"

© Photo : HürriyetTürkiyə NATO standartları səviyyəsində kiçik, orta və uzaq mənzilli raket əleyhinə müdafiə sistemlərinin istehsalına başlayıb
Türkiyə NATO standartları səviyyəsində kiçik, orta və uzaq mənzilli raket əleyhinə müdafiə sistemlərinin istehsalına başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Ankara NATO standartlarına uyğun raket əleyhinə müdafiə sistemlərinin istehsalına başlayıb. İstehsal olunması planlaşdırılan RƏM sistemləri NATO sistemlərinə inteqrasiya edəcək"

BAKI, 25 apr — Sputnik. Türkiyə artıq NATO standartları səviyyəsində kiçik, orta və uzaq mənzilli raket əleyhinə müdafiə sistemlərinin (RƏMS) istehsalına başlayıb. Sputnik xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Departamentinin sədr müavini İsmayıl Dəmir bildirib.

Bombardmandan sonra havaya qalxan tüstü buludu. Arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyə ərazisinə rus raketi düşdü

O deyib ki, hələ ötən ilin noyabrında rəsmi Ankara milli layihə əsasında, ümumi dəyəri 3,4 milyard dollar olan RƏM sistemlərinin komponentlərinin istehsalı ilə bağlı tender elan edib: "Biz layihəni deyil, tenderin nəticələrini ləğv etmişik. Biz tezliklə yerli şirkətlərin, eləcə də Roketsan və Havelsanın da iştirak edəcəyi yeni mərhələyə keçəcəyik. Biz yaxın, orta və uzaq mənzilli sistemlərin istehsalını diapazonu daha da genişləndirmək şərtilə davam etdirəcəyik".

"Heç nəyi birbaşa almayacağıq, bizim istehsal etdiyimiz RƏM sistemləri NATO sistemlərinə inteqrasiya edəcək. Hesab edirik ki, NATO ilə birgə iş prosesin daha da sürətlənməsinə kömək edəcək" — deyə Dəmir "Hürriyət" qəzetinə bildirib.

Onun sözlərinə görə, Türkiyə müdafiə məqsədli məhsulların, eləcə də onların strateji əhəmiyyət kəsb edən vacib komponentlərinin 100% yerli istehsal olmasında maraqlıdır: "Baxmayaraq ki, Türkiyə öz müdafiə sənayesini inkişaf etdirməyə gec başlayıb, artıq bu sahədə istehsal etdiyi məhsulların dəyəri 15 milyard dollar təşkil edir. Müdafiə sənayesi sahəsində isə 35 mindən artıq insan işləyir".

Sədr müavini qeyd edib ki, hazırda Türkiyənin ixrac etdiyi müdafiə məqsədli məhsullar 1,67 milyard dollar təşkil edir. Ankara yaxın zamanlarda bu rəqəmi 25 milyard dollara qədər artırmaq niyyətindədir.

Türkiyə 4 milyard dollarlıq RƏM sistemlərinin komponentinin alışı ilə bağlı tenderi 2009-cu ildə elan etmişdi. 2013-cü ilin sentyabrında tenderin qalibi Çin şirkəti CPMIEC olmuşdu ki, o da 3,4 milyard dollar təklif etmişdi. Çin öz sifarişlərini Amerika konsorsiumu olan Raytheon & Lockheed Martin, Fransa-İtaliya konserni Eurosam və Rusiya şirkəti olan Rosoboroneksport-a etmişdi.

Tenderin nəticələrinə görə, Çin raket kompleksinin hissələrini Türkiyədə istehsal etməli və bunun üçün öz texnologiyalarını Türkiyə ərazisinə köçürməli idi. Amma sonra tərəflər bu mərhələdə yekun razılaşmanı əldə edə bilmədilər. Ehtimallara görə, Türkiyənin NATO-dakı müttəfiqləri Çinin tenderdəki qələbəsinin elan edilməsinə təzyiq göstərdilər.

Qeyd edək ki, Türkiyənin müdafiə sənayesi son dövrlərdə sürətlə irəliləməkdədir. Yerli təyyarə, milli gəmi, sualtı qayıqların istehsalı layihələri reallaşdırılır. Türkiyə istehsalı olan ağıllı silahların PKK ilə mübarizədə daha effektiv olduğu bildirilir. Ankarada "Roketsan"ın istehsalı olan SOM mərmiləri 250 kilometr uzaqlıqdakı bir binanın pəncərəsindən keçərək hədəfi vura bilir.

Toğrul İsmayıl, politoloq - Sputnik Azərbaycan
TƏHLİL
"ABŞ-ın terrorçulara ötürdüyü silahlar Türkiyəyə tuşlanır"

"Roketsan" istehsalı olan raketlər isə, 28 kilometr uzaqdakı bir hədəfdən maksimum 2 metr yayına bilər. Bu texnika dünyada cəmi 5 ölkədə istehsal edilir. Bundan başqa, İŞİD mərmilərinə hədəf olan M60 tankı Kayseri istehsalı olan zirehi sayəsində zərər görməyib.

"Başika düşərgəsindəki tank məsələsində olduğu kimi, müdafiə sisteminiz etibarlı deyilsə, onda təhlükəni zirehiniz vasitəsilə aradan qaldıra bilərsiniz. Başikadakı tank modernləşdirilmiş M60 idi və oradakı nəticədən razı qaldıq. Tank hədəf oldu, zərər görmədi və ona hücum edən ünsürü vurdu. Bu, vacib amildir", — deyə Dəmir bildirib.

Türkiyənin yeni silahların istehsalına niyə belə maraq göstərdiyinə aydınlıq gətirən Dəmir deyib: "Yaxşı bilirik ki, silahları müəyyən həddə qədər satın ala bilərik. Əlbəttə, bir ölkənin hər şeyi özü istehsal etməsi mümkün deyil. Əvvəlcə hər şeyi ölçüb-biçmək lazımdır. Türkiyənin fəal şəkildə müdaxiləsi tələb olunan yerlərdə təcili ehtiyacları yaranır. Bu ehtiyacları təcili şəkildə təmin etmək üçün öz şirkətlərimizə müraciət edə bilərik. Şüarımız isə budur: əgər bu, insan tərəfindən düzəldiləcək bir şeydirsə, biz onun ən yaxşısını düzəldərik".

Kilisin Katyuşalara hədəf olmasının Türkiyə üçün yeni bir təhlükə olduğunu qeyd edən Dəmir deyib: "Bunlar texnologiyanın köməyi ilə əvvəlcədən müəyyənləşdirilib qarşısının alınması çətin olan silahlardır. Misal üçün, İsrailin istehsal etdiyi önləyici silahlar belə, bu sahədə müəyyən uğura nail ola bilir. Ən düzgün vasitə bölgəni nəzarətdə saxlayıb təhlükə hiss edildiyi anda təhlükə mənbəyini dərhal vurmaq gücündə olan silaha malik olmaqdır".

İsmayıl Dəmir yerli sualtı qayıq layihəsi haqqında deyib ki, hazırda Türkiyədə bir sualtı qayıq istehsal edilir: "Onun layihəsi yerli olmasa da, bu istiqamətdə ilk addım atmaq baxımından əhəmiyyətlidir. İkinci, üçüncü mərhələdə Türkiyə öz sualtı qayıqlarını istehsal etməyə başlayacaq".

Raket əleyhinə müdafiə sistemləri ilə bağlı layihədən danışan Dəmir deyib ki, "Roketsan", "Havelsan" kimi şirkətlərin istehsal edəcəyi məhsullar daha da təkmilləşdiriləcək: "Kiçik, orta və uzaq mənzilli silahların istehsalı davam edir. 16, 20 kilometr mənzilli sistemi hazırlayırıq. Bunun mənzilini daha da artırıb, gözlənilən təhlükələrdən daha əvvəl xəbər tutub daha yüksək göstəriciləri olan bir sistem hazırlayırıq. Bu sistemi NATO standartları səviyyəsində hazırlamağı planlaşdırırıq".

Xəbər lenti
0