BAKI, 19 apr — Sputnik. Suriya ərazisindən Türkiyənin Kilis vilayətinə 3 ədəd raket mərmisi düşüb. Rusiya istehsalı olan "Katyuşa" kompleksindən atılan 3 raketdən birinin evin damına düşməsi nəticəsində 2 nəfər yaralanıb.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, raketlərdən biri Bilal Habeşi məscidinin tualetinə, digəri isə rayonun qəbiristanlığına düşüb.
Xatırladaq ki, dünən Suriyadan Türkiyənin sərhəddə yerləşən Kilis rayonunun zeytun bağçasına düşməsi nəticəsində 3-ü uşaq olmaqla, 4 nəfər həyatını itirmiş, 9 nəfər isə yaralanmışdı.