Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Velosipedçilərimizdən böyük uğur

© sputnik.azVelosipedçi
Velosipedçi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada təşkil edilən 2.1 kateqoriyalı "Tour of Croatia" yürüşündə çıxışını ikiqat çempionluqla başa vurub

BAKI, 25 apr — Sputnik. Kontinental velosiped komandamız daha bir uğura imza atıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada təşkil edilən 2.1 kateqoriyalı "Tour of Croatia" yürüşündə çıxışını ikiqat çempionluqla başa vurub. Dünyanın ən güclü kollektivlərini qabaqlamaqla komanda hesabında çempion olan "Synergy Baku", həm də yürüşün ən qiymətli köynəyini əldə edib.

Прогулка по Берлину - Sputnik Azərbaycan
SƏHİYYƏ
Velosiped sürməyin 5 faydası

4-cü mərhələdən etibarən yarış liderinə verilən "qırmızı köynəy"i ələ keçirən Matiya Kvasinanın bu üstünlüyünü qoruması, həmçinin komanda hesabında liderliyi saxlamaq üçün "Synergy Baku"nun qarşısına əsas izləyiciləri özündən irəli buraxmamaq tapşırığı qoyulub ki, velosipedçilərimiz də bu vəzifənin öhdəsindən məharətlə gəliblər. 158 km-dən ibarət sonuncu, 6-cı mərhələdə Matiya Kvasina finişi 21-ci keçsə də, ümumi təsnifatda ilk pillədə qalıb və bununla da ən yaxın izləyicisi, Rusiyanın "Tinkoff" Dünya Turu klubunun üzvü Yesper Hanseni 24 saniyə qabaqlamaqla "Tour of Croatia"nın "lider köynəy"ini qazanıb.

Sonuncu mərhələnin nəticəsi "Synergy Baku"ya ümumkomanda hesabında liderliyini qorumağa və çempion olmağa imkan verib — klubumuz ən yaxın mübarizə komandasını, Sloveniyanın "Adria Mobil" kollektivini 4 dəqiqə, 15 saniyə qabaqlayıb. "Synergy Baku"nun digər üzvlərinə gəlincə, Kiril Pozdnyakov ümumi təsnifatda 7-ci, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elit yığma komandamızın üzvü Maksim Averin isə 15-ci olub.

Xatırladaq ki, 6 günlük yarışda Qazaxıstanın "Astana", Cənubi Afrika Respublikasının "Dimension Data", İsveçrənin "İAM Cycling", Rusiyanın "Tinkoff" və ABŞ-ın "Trek Sagefredo" kimi Dünya Turu komandaları, həmçinin 7 peşəkar kontinental və 9 kontinental komanda çıxış edib. "Synergy Baku"nun digər nümayəndəsi Aleksandr Surutkoviç isə Bosniya və Herseqovinada təşkil edilən "Belgrade — Banjaluka II" yürüşündə çıxış edib. Bir gün öncə bu yarışın Serbiyadakı bölümündə 2-ci olan Surutkoviç bu dəfə 3-cü yeri tutub.

Xəbər lenti
0