Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Hökumətdə ciddi struktur islahatlarına ehtiyac var"

Abunə olmaq
"Azərbaycanda struktur islahatlarının davam etdirilməsi, strateji islahatlarının genişləndirilməsi, idarəetmə aparatının daha çevik olması və şəffaflığın artırılması vacibdir. Bir sıra qurumlar ləğv edilməlidir"

“Hökümətdə ciddi struktur islahatlarına ehtiyac var”
BAKI, 22 apr — Sputnik. Rusiyanın baş naziri Dmitri Medvedyev prezident Vladimir Putinə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi üzrə komissiya yaratmağı təklif edib. Baş nazir hər nazirliyin əsas fəaliyyət göstəricilərini müəyyən etməyi və onların hərəkətlərini ictimai nəzarət baxımından qiymətləndirən tablo yaratmağı məsləhət görür. Təklifə əsasən, nazirlər sadəcə icra tapşırıqları barədə hesabat verməyəcəklər, onlar həmçinin görülən işlərlə bağlı şəxsi məsuliyyət daşıyacaqlar.
Города мира. Баку - Sputnik Azərbaycan
Struktur islahatları: kimlər gedir, kimlər qalır?

Prezidentə ünvanladığı məktubda Medvedyev qeyd edib ki, mürəkkəb problemlərin həllinə nail olmaq üçün hakimiyyət orqanları arasında əməkdaşlıq sistemi tələb olunur: "Lakin hazırda ölkədə oxşar sistem yoxdur. İşlərin təşkilinə kənardan nəzarət olunmur, rəhbər dəyişən zaman isə, idarə aparatı, prioritetlər və iş üsulları da dəyişir".

Baş nazirin fikrincə, bu məsələlərlə Prezidentin rəhbərlik etdiyi komissiya məşğul ola bilər. O, həmçinin təklif edir ki, Rusiyanın sosial-iqtisadi inkişafının strateji parametrlərinin təşkili, nazirlik və onlara aid qurumlar arasında sistemlərin yaradılması, fəaliyyət monitorinqinin keçirilməsi və informasiya texnologiyalarının inkişaf etdirilməsi bu komissiyaya tapşırılsın.

Azərbaycanda da dövlət idarə edilməsinin optimallaşdırılması üçün müəyyən addımlar atılır. Aprelin 20-də prezident İlham Əliyev "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" fərman imzalayıb. Fərmanda göstərilib ki, aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi" publik hüquqi şəxs yaradılsın. Bundan başqa, müəyyən qurumlarda ictimai nəzarət şuraları yaradılır.

Millət vəkili Vahid Əhmədov Rusiya təcrübəsinə münasibət bildirərək deyib ki, Azərbaycanda Prezidentin rəhbərlik etdiyi xüsusi komissiyanın yaradılmasına ehtiyac yoxdur: "Bu proses artıq başlayıb, çünki Azərbaycanın dövlət başçısı iqtisadi və struktur islahatlarına start verib. Bununla əlaqədar çoxlu sərəncam və fərmanlar imzalanıb, parlament qanunlar qəbul edib. Əsas məqsəd son vaxtlar neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar bir sıra əlavə xərclərin qarşısını almaqdır".

"Struktur islahatları və təkmilləşdirmə prosesi də həyata keçirilir. Azərbaycan hökumətinin özündə də ciddi struktur islahatlarına ehtiyac var. Bizdə elə bir komissiyanın yaradılmasına ehtiyac yoxdur, çünki iqtisadi və struktur islahatlara birbaşa olaraq dövlət başçısı özü nəzarət edir və özü də aparır", —deputat vurğulayıb.

İqtisadçı ekspert Vüqar Bayramlı isə Sputnik-ə açıqlamasında bildirib ki, idarəetmə sisteminin yaxşılaşdırılması üçün keçirilən islahatlar daha da genişləndirilməlidir: "Azərbaycanda struktur islahatlarının davam etdirilməsi, strateji islahatlarının genişləndirilməsi, idarəetmə aparatının daha çevik olması və şəffaflığın artırılması vacibdir. Bir sıra qurumların ləğv edilməsi və birləşdirilməsinə ehtiyac var".

"Məsələn, su sektorunda içməli su və meliorasiyaya məsul olan ayrı-ayrı qurumlar var ki, onların birləşdirilərək vahid su agentliyinin yaradılmasına ehtiyac var. İndiki məqamda kommunal xidmətlərin və qurumların idarəetməyə verilməsinə və bir qisminin özəlləşdirilməsinə ehtiyac var", —iqtisadçı vurğulayıb.

Özəlləşmə prosesinin bir sıra dövlət qurumlarını əhatə etməli olduğunu deyən V. Bayramovun fikrincə, struktur islahatlarının davam etdirilməsi dövlət vəsaitinə qənaət etməyə imkan verəcək.

Xəbər lenti
0