CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda sakit, bölgələrdə yağışlı hava gözlənilir

© AP Photo / Frank AugsteinYağışlı havada oynayan uşaqlar
Yağışlı havada oynayan uşaqlar - Sputnik Azərbaycan
Abunə olmaq
Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

BAKI, 22 apr — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada gündüz mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.

Qar - Sputnik Azərbaycan
Rayonlara qar yağıb

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 15-19, Bakıda gecə 8-10, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında isə qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Xəbər lenti
0