BAKI, 22 apr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi aprelin 22-də ölkə ərazisində hava şəraiti dəyişərək qeyri-sabit keçir. Sputnik nazirliyin saytına istinadən xəbər verir ki, güclü şimal-qərb küləyi əsib, şimşək çaxıb, əksər rayonlarda yağış, dağlıq rayonlarda qar yağıb (1-9 mm).
Qar örtüyü əmələ gəlib, qar örtüyünün hündürlüyü Ləzədə 2 sm olub. Havanın temperaturu 10-12 dərəcə aşağı enib.Qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək.