CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pulu olan insanlar ev almağa tərəddüd edirlər

© Sputnik / Fuad HasanovElsevər İsayev
Elsevər İsayev - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Dolların manata olan nisbətdə qalxmasından sonra daşınmaz əmlak bazarında durğunluq dövrü başladı. Bu da öz növbəsində Azərbaycanda pulu olan insanlarda ev, torpaq və ya obyekt almağa tərəddüd yaradır."

Pulu olan insanlar ev almağa tərəddüd edirlər
BAKI, 21 apr — Sputnik. Əmlak bazarındakı durğunluq ilin sonunadək davam edəcək. Bunu Sputnik-in mətbuat mərkəzində keçirilən tədbirdə əmlakın qiymətləndirilməsi üzrə ekspert Elsevər İsayev bildirib.
Lənkəranda yaşayış binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bölgələrdə əmlak alqı-satqısı "ölüb"

Onun sözlərinə görə, ölkədəki tikinti şirkətlərinin əksəriyyəti öz fəaliyyətlərini dayandırıblar. Bunun səbəbi isə tikinti materiallarının xaricdən dollar ilə alınmasıdır. Ekspert qeyd edib ki, əmlak bazarındakı durğunluğun əsas səbəbi dünyadakı beynəlxalq böhrandır.

"Baş verən böhran bizdən də yan keçmədi. Bu da Azərbaycanın daşınmaz əmlak bazarına öz təsirini göstərir. Ən çox da dolların manata olan nisbətdə qalxmasından sonra daşınmaz əmlak bazarında durğunluq dövrü gəldi. Alıcılıq qabiliyyəti sıfır səviyyəsinə gəlib çatıb", —deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu da öz növbəsində Azərbaycanda pulu olan insanlarda ev, torpaq vəya obyekt almağa tərəddüd yaradır: "Onlar dolların yenidən qalxıb-düşməsi nəticəsində itirməkdən qorxurlar. Bu durğunluq ilin sonunadək tədricən düzəlməlidir".

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə isə, əmlak bazarındakı hazırki vəziyyətin səbəbi xaricdən gələn vəsaitin azalmasıdır: "İqtisadi aktivlik zəifləyib, insanların gəlirləri azalıb. Bu fonda daşınmaz əmlak bazarı ən çox durğunluğa girən və alış-satışların aşağı düşdüyü ən böyük seqmentlərdən biridir".

"İllərdir bu bazarda əsas rollardan birini xaricdən, xüsusən də, Rusiyadan gələn vəsait oynayırdı. Rusiyada çalışan soydaşlarımız qazanclarının bir hissəsini yatırım kimi vəya ailə ehtiyaclarını ödəmək üçün Azərbaycanda daşınmaz əmlakın alınmasına yönəldirdilər", — iqtisadçı vurğulayıb.

Əlavə edib ki, indi Rusiyadan gələn vəsait xeyli azaldığı üçün, Azərbaycan daxilində də iqtisadi aktivlik zəifləyib, buna görə də bir durğunluq yaranıb. Ekspert hesab edir ki, problemi aradan qaldırmaq üçün ipoteka və bank kreditlərinin şərtlərini daha dəqiq və əlçatan etmək lazımdır.

Xəbər lenti
0