SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sergey Lavrovun Ermənistana səfərinin səbəbi bəlli oldu

© Sputnik / Илья Питалев / Mediabanka keçidRusiya XİN rəhbəri Sergey Lavrov
Rusiya XİN rəhbəri Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Mariya Zaxarova: "Rusiyanın vasitəçilik missiyasının mahiyyəti ondan ibarətdir ki, tərəflərlə danışsın, mümkün məsələləri müzakirə etsin, tərəflərdə narahatçılıq yaradan məsələləri dinləsin, həll variantlarını təklif eləsin"

BAKI, 21 apr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəzi məsələlər müzakirə ediləcək. Sputnik-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə, Lavrovun 21-22 aprel tarixlərində İrəvana planlaşdırılan səfərini şərh edərkən bildirib.

Rusiyanın XİN rəhbəri Sergey Lavrov - Sputnik Azərbaycan
SİYASƏT
Rusiyanın xarici işlər naziri Ermənistana gedir

"Sergey Lavrov heç vaxt heç yerə əliboş getmir" — deyə Zaxarova, "Lavrovun İrəvana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planla getdiyi, həmin planın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 5 rayonun geri qaytarılması və bölgəyə sülhməramlıların yerləşdirilməsindən ibarət olması haqda məlumatın nə dərəcədə doğru olduğu" barədə sualı cavablandırarkən bildirib.

"Bunun hansısa plan, proqram, layihə və ya sənəd olduğunu desək, düzgün olmaz. Söhbət qarşıda duran məsələlərin, problemin həlli istiqamətində müxtəlif ideyaların müzakirəsindən gedir. Rusiyanın vasitəçilik missiyasının mahiyyəti ondan ibarətdir ki, tərəflərlə danışsın, mümkün məsələləri müzakirə etsin, tərəflərdə narahatçılıq yaradan məsələləri dinləsin, həll variantlarını təklif eləsin. Odur ki, Lavrov tərəflərin fikrini öyrənməyə gedir." — deyə Zaxarova əlavə edib.

Xəbər lenti
0