BAKI, 19 apr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti müzakirə etmək üçün aprelin 22-də Yerevana səfər edəcək. Sputnik mid.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Moskvada jurnalistlərlə görüşü zamanı məlumat verib.
Bu həftənin cümə günü Ermənistana gedəcək Sergey Lavrov, orada bir sıra ikitərəfli görüşlər keçirəcək. "Əlbəttə ki, Dağlıq Qarabağ mövzusu da müzakirə ediləcək və mərkəzi mövzulardan biri olacaq", — deyə M.Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva münaqişə tərəfləri ilə əlaqəni heç vaxt kəsməyib: "İşlər bitmir. Təbii ki, atıla biləcək konkret addımlardan söhbət gedir".