CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə ilə Rusiya arasında yeni media müharibəsi?

© SputnikТурал Керимов
Турал Керимов - Sputnik Azərbaycan
Abunə olmaq
İlqar Vəlizadə: Sputnik Türkiyə ofisinin bağlanması, daha sonra onun rəhbəri Tural Kərimovun ölkəyə girişinə qadağa qoyulması Rusiya-Türkiyə münasibətlərinin indiki vəziyyətinin göstəricisidir.

BAKI, 20 apr – Sputnik. Əsas mərkəzi Rusiyada yerləşən və 42 dildə fəaliyyət göstərən Sputnik beynəlxalq xəbər agentliyinin Türkiyə bürosunun rəhbəri Tural Kərimov İstanbul Atatürk hava limanında saxlanılıb. Kərimovun Türkiyəyə girişinə icazə verilməyib.  

“Yoxlama məntəqəsindən bir nəfər səlahiyyətli şəxs xarici pasportumu alaraq qeydiyyat otağına apardı. Və mənə heç bir izahat vermədi. Təxminən 1 saata yaxın ərazidə gözlədim. Daha sonra kağız göstərdilər və dedilər ki, Türkiyəyə girişim əngəllənib. Üstəlik mətbuat kartıma da əl qoyublar”, — deyə, Tural Kərimov bildirib. 

Kərimov qeyd edib ki, ona qadağa ilə bağlı heç bir səbəb söyləməyiblər:

“Hava limanından mənə bildirdilər ki, növbəti reyslə gəldiyim yerə, Moskvaya qayıdım. Amma səbəbi barədə heç nə demədilər”. 

Radio Sputnik’s evening program has received an award from the Turkish Journalists' Association “For Advances in Journalism.” - Sputnik Azərbaycan
Türkiyə Sputnik-ə girişi məhdudlaşdırıb

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Ankara məhkəməsinin qərarı ilə Türkiyə dövlətinin əleyhinə təbliğat apardığına görə “Sputnik” informasiya agentliyinin Türkiyə bölməsi bağlanmışdı. Ekspertlər bunu Türkiyə ilə Rusiya arasında yeni media müharibəsi olaraq qələmə vermişdi. 

Azərbaycanlı politoloq İlqar Vəlizadə də məsələyə münasibət bildirib. Vəlizadə, Sputnik-in Türkiyə bürosunun bağlanmasını Rusiya-Türkiyə münasibətlərinin hazırki durumu ilə əlaqələndirib:

“Sputnik Türkiyə ofisinin bağlanması, daha sonra onun rəhbəri Tural Kərimovun ölkəyə girişinə qadağa qoyulması Rusiya-Türkiyə münasibətlərinin indiki vəziyyətinin göstəricisidir. İş orasıdır ki, son aylarda kifayət qədər türk şirkətlərinin fəaliyyəti Rusiyada dayandırıldı. Eyni zamanda Rusiya ilə sıx işləyən türk müəssisələri ya bağlandı ya da fəaliyyətləri məhdudlaşdırıldı. Lakin bunların heç biri o qədər geniş ajiotaj yaratmadı. Çünki bunların heç biri media ilə bağlı deyildi. Sputnik-in bağlanması isə geniş əks-səda yaratdı. Ona görə ki, bu bir media qurumudur. Medianın qapadılması addımı yaxın vaxtlarda iki ölkə arasında dialoq platformalarının yaradılmasına böyük əngəl törədir”. 

Xəbər lenti
0