CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bunu da gördük: qız köçürməyin qaydaları dəyişir

© Sputnik / Rahim MuradovMebel salonları endirimlər təklif etməklə müştəri cəlb etmək calışır
Mebel salonları endirimlər təklif etməklə müştəri cəlb etmək calışır - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci devalvasiyanın zəiflətdiyi mebel alış-verişi, ikinci devalvasiyadan sonra tamamilə "ölüb". Hazırki toy müvsümündə cehizlik mebel dəstinə tələbat sıfıra bərabərdir.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 20 apr — Sputnik. Qarşıdan toy mövsümü, yəni yay ayları gəlir. Toyların yaxınlaşması ilə əlaqədar, artıq vətəndaşlar cehiz almaq barədə düşünməyə başlayıblar. Toy mövsümündə isə qızların ilk apardıqları cehizləri isə, yaşamaq üçün ən vacıb olan mebel dəstləridir.

Bəy-gəlin - Sputnik Azərbaycan
CƏMİYYƏT
Devalvasiya bunu da bacardı: el adətləri dəyişir

Devalvasiya və sosial problemlərin ölkədə bütün sahələrə təsir etdiyi bəllidir. Eləcə də mebel alqı-satqısına. Bu təsirlər, xüsusilə bölgələrdə özünü qabarıq büruzə verir. Sputnik-in bölgə müxbirinin, cənub zonasının əsas ticarət mərkəzlərindən biri olan Masallı rayonunda apardığı araşdırma da bunu deməyə əsas verir.

Masallı cənub zonasının mebel mərkəzi kimi tanınır. Rayonun "Seybətin dairəsi" adlanan ərazidə 25-ə yaxın mebel satışı mərkzəi var. Mebel satışı mərkəzlərinin bir neçəsinə baş çəkib vəziyyəti öyrəndik. İlk üz tutduğumuz mebel salonunun mühasibi Fariz Hüseynov alverin "ölü" vəziyyətdə olduğunu dedi.

"Mövsüm çoxdan başlayıb, lakin alıcılıq 80% azalıb. Vəziyyət o yerə çatıb ki, yerləşdiyimiz binanın 2-ci mərtəbəsini boşaldıb icarəyə verməyi düşünürük. Alver çox zəiflədiyindən, işçilərin sayını azaltmağa məcbur olduq", —deyir həmsöhbətimiz.

Mühasib mebellərin qiymətində artım olmadığını qeyd etdi: "Buna baxmayaraq, alıcılıq yox dərəcəsindədir. Salonumuzda olan mebellər, əsasən Türkiyə və yerli istehsal olan mebellərdir".

Qiymətlərə gəlincə: "Yataq və qonaq dəstləri 2-4 min manat civarındadır. Müştərilərin sifarişləri ilə əlavə və ya dəyişikliklər edilir. Təbii ki, bu da qiymətdə özünü biruzə verir. Türkiyə istehsalı olan mebellərlə yerli istehsal mebellərdə 500-1000 manat fərq var. Əvvəllər gömrükdə Türkiyədən gətirilən mebellərdə problemlər yaşanırdısa, bu da qiymətdə öz təsirini göstərirdi. İndi monopoliyanın ləğvindən sonra Türkiyədən gələn mallar nisbətən ucuz başa gəlir".

© Sputnik / Rahim Muradovİkinci devalvasiyadan sonra ticarət dövriyyəsinin həcmi 90 faizə yaxın aşağı düşüb.
İkinci devalvasiyadan sonra ticarət dövriyyəsinin həcmi 90 faizə yaxın aşağı düşüb - Sputnik Azərbaycan
1/6
İkinci devalvasiyadan sonra ticarət dövriyyəsinin həcmi 90 faizə yaxın aşağı düşüb.
© Sputnik / Rahim MuradovMebel salonları endirimlər təklif etməklə müştəri cəlb etmək calışır.
Mebel salonları endirimlər təklif etməklə müştəri cəlb etmək calışır - Sputnik Azərbaycan
2/6
Mebel salonları endirimlər təklif etməklə müştəri cəlb etmək calışır.
© Sputnik / Rahim MuradovYataq dəsti
Yataq dəsti - Sputnik Azərbaycan
3/6
Yataq dəsti
© Sputnik / Rahim MuradovMasallı mebel mərkəzi.
Masallı mebel mərkəzi - Sputnik Azərbaycan
4/6
Masallı mebel mərkəzi.
© Sputnik / Rahim MuradovQonaq otağı üçün mebel dəsti.
Qonaq otağı üçün mebel dəsti - Sputnik Azərbaycan
5/6
Qonaq otağı üçün mebel dəsti.
© Sputnik / Rahim MuradovYumşaq mebel.
Yumşaq mebel - Sputnik Azərbaycan
6/6
Yumşaq mebel.
1/6
İkinci devalvasiyadan sonra ticarət dövriyyəsinin həcmi 90 faizə yaxın aşağı düşüb.
2/6
Mebel salonları endirimlər təklif etməklə müştəri cəlb etmək calışır.
3/6
Yataq dəsti
4/6
Masallı mebel mərkəzi.
5/6
Qonaq otağı üçün mebel dəsti.
6/6
Yumşaq mebel.

Həmsöhbət olduğumuz digər dükanın satıcısı (xanım adının çəkilməsini istəmədi —red.) bildirdi ki, 1-ci devalivasiyadan sonra alqı-satqı müəyyən qədər azalsa da, 2-ci devalvasiyanın təsiri daha güclü olub: "Ticarət dövriyyəmizin həcmi 90 faizı yaxın aşağı düşüb. Mebellərin qiymətini o dərəcədə qaldırmasaq da, yenə alıcılıq qabiliyyəti çox aşağı düşüb. Salonda olan mebellərin əksərini devalvasiyadan əvvəl gətirdiyimiz üçün, qiymətlərini devalvasiyadan sonrakı vəziyyətə uyğunlaşdırmamışıq. Sadəcə olaraq satış zəifdir deyə yenilərini gətirə bilmirik və qiymətlər demək olar sabitdir".

Şadlıq sarayı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda toy çadırları qurulacaq

"Görünən odur ki, maddi problemlər el adətlərinin sıradan çıxmasına səbəb olur. Məsələn, belə gedişlə qız köçürən ailələr cehiz verməyəcək. Bəlkə də, lazım olan bəzi xırda-xuruş ləvazimatları alarlar, amma fakt odur ki, hələ bu sezonda mebel dəsti alan olmayıb", —deyə xanım satıcı vurğuladı.

Baş çəkdiyimiz növbəti mebel salonunun satış müdiri Eldəniz Xəlilov da alverin zəifliyindən şikayət etdi: "2015-ci ilin yay aylarından mebel alverimiz getdikcə zəiflədi. İndi isə mən deyərdim, tamam dayanıb. Baxmayaraq ki, salonumuzda ancaq yerli istehsal mebelidir və 30% endirim etmişik, yenə də satış yoxdur".

Məlumat üçün bildirək ki, əvvəllər bütün Cənub zonası, hətta Aran zonasından — Neftaça, Saatlı, İmişli və Bərdə rayonlarından da mebel alışı üçün Masallıya gələrdilər. Zamak keçdikcə adıçəkilən rayonlarda mebel mərkəzləri yaradıldı və indi yalnız qismən Cənub zonasının sakinləri və yerli sakinlər alış edirlər.

Xəbər lenti
0