BAKI, 19 apr — Sputnik. Millimizin baş məşqçisi ilə müqavilə uzadılmayıb.
Sputnik AFFA-ya istinadən məlumat verir ki, futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Perez Moreno Qomez Faustino ölkəmizdə çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib.
AFFA rəhbərliyi isə öz növbəsində, P.Faustinoya gördüyü işlərə və yığmamıza qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.