ELM

Onlar evimizin içinə qədər girirlər

© Sputnik / Kamilla AliyevaBloqerlər
Bloqerlər - Sputnik Azərbaycan
Abunə olmaq
Bəziləri imkansız insanlara ev şəraitində məşqlər keçir, bəziləri malik olduqları xüsusi bacarıqlarını bizimlə bölüşür, bəziləri də ölkəmizin dünyada tanıdılması üçün qeyri-adi üsullara əl atırlar

BAKI, 18 apr — Sputnik. Azərbaycanda hələ lazımi qədər populyarlıq qazanmasa da, bloggerlik dünyada məşhur peşəyə çevirilib. Bu sahə ölkəmizdə geniş kütlələri əhatə etməsə də, artıq ölkə səviyyəsində tanınan bloggerlər meydana çıxıb. 

Sputnik-in əməkdaşı Azərbaycanda bu səhənin hazırki durumu, gələcək perspektviləri və digər mövzular ətrafında, dizayn bloggeri Ləman Hüseynli və idman bloggeri Coşqun Laçınzadə ilə həmsöhbət olub.

Myblogs.az saytının oxucusu. Arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycanlı bloggerlər öz saytlarını yaradıblar

"Azərbaycanda bu sahə yeni-yeni inkişaf edir. Əhalinin, maksimum 20 faizi blogun, bloggerliyin nə olduğunu bilir. Son zamanlar bekarçılıqdan insanlar video çəkir və sosial şəbəkələrdə paylaşırlar və özlərinə blogger deyirlər. Blogger olmaq üçün öncə karyeranı qurmalı və işinin ustası olmalısan ki, blog yaradaraq insanlara nə isə göstərə biləsən", —deyir L. Hüseynli.

Blog vasitəsilə dünyada Azərbaycanı tanıtmağa çalışan blogger "Artıq blogumuzu ingilis dizaynerləri izləyirsə, bu, bizim üçün böyük uğurdur. Biz istəyirik ki, ölkəmizi bütün dünya tanısın. Bizim tək neftimiz yox, həm də geymimiz, ətirimiz brendimiz olmalıdır".

C. Laçınzadə isə 11 il əlbəyaxa döyüş idman ilə məşğul olub: "Sonra zədəmlə əlaqədar idmandan uzaqlaşdım. Amma ev şəraitində əzələlərimi inkişaf etdirmək üçün məşqlərə davam edirdim. Nəhayət qərara gəldim ki, illərlə öyrəndiyim, ev şəraitində istifadə edilib yüksək effekt əldə edilə bilən idman hərəkətlərini insanlarla bölüşüm. Hazırda imkanı olmayan insanlara ev şəraitində, fərdi məşqçi kimi virtual kömək edirəm".

"Hər görülən işin sonunda maddiyyat güdülür. Blogger kimi bütün bilgilərinizi insanlarla bölüşməyiniz karyeranıza necə təsir edir? Axı sirlərinizi bölüşdükcə müştərilər bu sirlərdən istifadə edəcək və sizə ehtiyacları olmayacaq" məsələsinə gəlincə:

"İnsanlar fərqlidir. Elə insanlar var ki, onlar təkrarolunmaz dizayn istəyirlər. Onlara əvvəl görülən işlər maraqlı deyil. Həm də imkanı orta olan insanlar artıq dizayn şirkətlərinə müraciət edirlər. Danılmaz faktdır ki, həmin şirkətlər də bir dizaynı onlarla müştəriyə satır. İmkanı zəif olan izləyicilərim isə blog vasitəsi ilə nə isə öyrənəcəksə, sadəcə mən şad ola bilərəm. Müştəri itirməyəcəm, qətiyyən qorxmuram", —deyə xanım blogger bildirib.

İdman bloggeri də belə bir ehtimaldan qorxmur: "Əksinə, zal açsam və insanlara desəm ki, gəlin məşq keçirəm, gəlməyəcəklər. Amma mən blog vasitəsilə tanınsam, insanlara stimul versəm, o zaman gələn çox olacaq".

Hüseynli blogun piar olması fikri ilə razılaşsa da, Laçınzadə hesab edir ki, blog yazmaq — zamanı xeyirli işlərə sərf etmək və cəmiyyətə yararlı olmaqdır: "Üzeyir Mehdizadə də müğənnidir, Zeynəb Xanlarova da. Fərq isə göz qabağındadır. Kütlənin bəyəndiyi var, bir də var maarifləndirici bloggerlər. Biz sadəcə peşəkarlıq nümayiş etdiririk, bekarçılıqdan iş görmürük".

"Əslində bu, sirr idi, amma mən bu sirri sizinlə bölüşəcəm. Bir neçə blogdan sonra, məni izləyən və artıq bloglarımdan istifadə edən izləyicilərimlə birlikdə bloglar hazırlamağı düşünürəm. Əsl blog işim artıq o zaman başlayacaq. İnsanların marağı çox olarsa, istək olarsa, idman zalımı açacam", —deyə C. Laçınzadə qeyd edib.

L. Hüseynli isə bloglarında milli kimliyini ön planda saxladığını deyib: "Şərq üslubuna çox üstünlük verirəm. Eyni zamanda, araxçınlar və çantalar hazırlayıram. Bu aksesuarlarda da milli naxışlarda üstünlük verirəm".

Coşqun da bloglarını Azərbaycan dilində paylaşaraq, milliliyini qoruduğunu vurğulayıb.

Xəbər lenti
0