CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı bloggerlər öz saytlarını yaradıblar

© Sputnik / Farid BabayevMyblogs.az saytının oxucusu. Arxiv şəkli
Myblogs.az saytının oxucusu. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Myblogs.az saytında bir neçə bloggerin yazıları yer alacaq.

BAKI, 2 aprel-Sputnik. Azərbaycanlı bloggerlər öz saytlarını yaradıblar. Myblogs.az saytında bir neçə bloggerin yazıları yer alacaq.
Layihə rəhbəri Orxan Əlidən və digər bloggerlər layihə ilə bağlı fikirlərini Sputnik-lə bölüşüblər.

"Bu ideya necə yarandi?" sualına cavabında Orxan Əli deyib: "Dünyanın bir çox ölkələrində bloggerlik kifayət qədər geniş yayılıb. Blog yazanlar və ya videoblog hazırlayanlar bununla ya işinin bir hissəsi, ya da hobbi kimi məşğul olur. Azərbaycanda isə bloggerlik fəaliyyəti ilə məşğul olanların sayı dünya ölkələri ilə müqayisədə o qədər də çox deyil.

© Photo : Orxan AliOrxan Əli, layihə rəhbəri
Orxan Əli, layihə rəhbəri - Sputnik Azərbaycan
Orxan Əli, layihə rəhbəri
 Lakin son zamanlar sanki belə bir tendensiya yaranıb, hər kəs blogçuluq, xüsusilə də videoblogerliklə məşğul olmaq istəyir. Biz də düşündük ki, əgər gündən-günə bu say artacaqsa, niyə də bu insanları bir yerə toplamayaq? Həm onlara öz ideyalarını paylaşmaqda yardım edək, həm də vahid platforma daxilində bu sahədə rəqabətliliyə yol açaq." 

"Bu layihə cəmiyyətə nə verəcək?" sualına cavabında Orxan Əli deyib ki, "My blogs"u yaratmaqda məqsəd Azərbaycandakı bütün bloggerləri vahid platformada toplamaqdır: "Bu platforma mövzu və blogger axtarışında olanlar üçün də asanlıq yaradacaq. Çünki, "My blogs"da biz blogları mahiyyətinə görə qruplara ayırmışıq. Hər bloggerin də özünün bloglarından ibarət səhifəsi var. Məsələn, əgər hər hansı bir tamaşaçı kosmetika, idman, mətbəx və digər mövzularda blog izləmək istəyirsə, o zaman müvafiq, məsələn, idman bölməsini seçir və burada bəyəndiyi bloggerin blogunu izləyə bilir. Və yaxud bir xanım makiyajla bağlı video izləmək istəyir, lakin "youtube"da onu hansı adla axtarışa verəcəyini bilmirsə, bu platformada kosmetika (make-up) bölməsinə daxil olaraq bu işlə məşğul olan bloggerləri izləyə bilər.

Düzdür, hələ ki "My blogs" Azərbaycandakı bütün bloggerləri əhatə etmir. Lakin biz sizin vasitənizlə də onlara müraciət edirik ki, əgər kimsə hansısa bacarığını nümayiş etdirmək və bildiklərini insanlarla paylaşmaq istəyirsə, öz ideyaları ilə birlikdə bizim komandaya qoşula bilər".

Blogger Coşğun Laçınzadə layihə ilə bağlı deyib: "Məndə videolar olacaq. İdman bloqunda yer alacam. Ev şəraitində bədəni formada saxlamaq üçün məşqlər edəcəm və videolar vasitəsilə nümayiş etdirəcəm. Məqsədim odur ki, hər kəsə pul xərcləmədən də əzələni inkişaf etdirməyin mümkün olduğunu göstərim və insanları idmana cəlb edim."

© Photo : Resul RehimovElman Bakuvi, baş redaktor və bloqer
Elman Bakuvi, baş redaktor və bloqer   - Sputnik Azərbaycan
Elman Bakuvi, baş redaktor və bloqer
Saytın redaktoru və blogger Elman Bakuvi deyib: "Qarşımıza qoyduğumuz məqsəd odur ki, bir insanın həyatında nə lazımdırsa, onları ayrı- ayrı bloggerlərin vasitəsilə bir saytda birləşdiririk. O ki qaldı maliyyəyə, heç kim bizə kömək olmur. Biz sadəcə öz maliyyəmizlə işləyirik. Və bir yenilik də o olacaq ki, biz yeni bloggerlər yaratmağa çalışacağıq."

"Maliyyə olmadıqda bir müddət sonra işə maraq azalır və tədricən bu iş gündəmdən çıxır. Belə bir təhlükə sizin saytı da gözləmir ki?" sualını Elman Bakuvi belə cavablandırıb: "Biz işə başlayanda qarşımıza məqsəd qoyduq ki, bir müddət heç bir maliyyə haqqında düşünməyəcəyik. Saytı gücləndirib cəmiyyətə təqdim edəndən sonra bu haqda düşünəcəyik. Gələcəkdə gəlir mənbələrimizə gəlincə, gəlir mənbəyimiz youtube baxışından olacaq."

Xəbər lenti
0