BAKI, 18 apr — Sputnik. "Rusiya Bəşər Əsədin müharibəni uduzmasına heç vaxt imkan verməyəcək". Bunu İngiltərənin Mühafizəkar partiyasından olan millət vəkili David Davis deyib.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Bəşər Əsədlə Suriyada təkbətək görüşdüyünü xatırladan Davis, bu sözləri ona Bəşər Əsədin şəxsən dediyini bildirib. O qeyd edib ki, bu söhbət Putinlə Əsədin Moskva görüşündə baş tutub. Və Putin Əsədə öz postunda qalacağına da zəmanət verib.
İngiltərədə özəl televiziya proqramına qonaq olan millət vəkili, Rusiyanın nə üçün öz qoşunlarını Suriyadan çəkdiyini də açıqlayıb: "Çünki beynəlxalq aləmdə Rusiya sülh danışıqlarını pozan tərəf kimi təqsirləndirilirdi".