QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şəhid anasının son arzusu: "Bircə biləydim..."

© Photo : Şirəliyevlər ailəsinin şəxsi arxivindənKamran Şirəliyev əsgər yoldaşı ilə
Kamran Şirəliyev əsgər yoldaşı ilə - Sputnik Azərbaycan
Abunə olmaq
"Ata minəndə qorxurdum ki, yıxılar. Dənizə gedəndə qorxurdum, batar. Hara getsə, narahat olurdum. Onu çox istədiyimi bilirdi. Bacardığı qədər uzaq gəzirdi ki, onsuz qala bilim. Heç ağlımdan da keçmirdi ki, belə ola bilər".

İradə CƏLİL, Sputnik Azərbaycan

BAKI, 18 apr — Sputnik. Şəhid Kamran Şirəliyevin ailəsi ilə görüşmək istəyirdim. Öyrəndim ki, Mərdəkan qəsəbəsində yaşayırlar. Bir səhər, xəbərsiz şəhidin ailəsi ilə görüşə getdim. Şəhidin yaşadığı küçədə yolboyu bayrağımız dalğalanırdı.

Şəhid Cabbarxan Hacıyev - Sputnik Azərbaycan
Anasına şəhid olacağını dedi və sözünü tutdu...

Sadə, kasıb bir ev… Məni qapıda Kamranın bacıları qarşıladılar. Dedilər, anaları ilə danışım.

Şəhid ailəsində olmaq, şəhid anası ilə danışmaq çox böyük mənəvi güc tələb edir. Özümü toplayıb söhbətə başladım. Kamranın anası Elvira xanım, otaqboyu gəzinir, özünə yer tapmırdı. Hər dəfə ah çəkəndə sanki ürəyimdən bir tel qırılırdı. Nəhayət özünü sakitləşdirib, oturdu.

Əslən bakılı olan Şirəliyev Kamran Faiq oğlu 1994-cü ildə Suraxanı rayonunda dünyaya gəlib. 123 sayl məktəbin 9-cu sinifini bitirdikdən sonra peşə məktəbinə daxil olub və oranı bitirib. 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanıb.

Anası Elvira xanım danışır ki, Kamran əvvəlcə Gəncəyə düşübmüş: "Oğlumun yanına gedəndə sevinirdim ki, yeməyi var, geyimi tərtəmizdir. Andiçmədən sonra oktyabrın əvvəli Kamranı Toğanaya göndərdilər. Hərbi xidmətini orada davam etdirirdi. Aprelin 3-ü zəng eləmişdi. Avtomobillərin səsi gəlirdi. Kamran atasına dedi ki, "bizi poliqondan hərbi hissəyə gətirirlər, özündən muğayat ol". Sən demə döyüş bölgəsinə aparılırmış".

Ana danışdıqca nəfəs ala bilmir, boğulurdu. Bu yerdə Kamranın atası Faiq bəy söhbətə qoşulur. "Düzdür, mən balamı itirmişəm, ürəyim yanır. Amma bilirəm ki, Vətən üçün itirmişəm. Nə qədər ki, Azərbaycanın Kamran kimi oğulları var, düşmən bizi məğlub edə bilməz", —deyir.

Kamranın anası oğlunun ölüm xəbərini işdə olarkən aldığını bildirir: "İşdə idim. İcra hakimiyyəti və bələdiyyədən iş yerimə gəldilər. Məni müdirin otağına çağırdılar və bildirdilər ki, Kamran yaralanıb, qospitaldadır. Həmin an anladım ki, oğlum daha həyatda yoxdur. Çünki yaralı olsaydı, məni onun yanına aparardılar. Mənə isə "gözlə" deyilmişdi. Atasına deyə bilmirdim ki, ürəyi xəstədir. Evə gətirdilər məni. Artıq bilirdim ki, Kamran yoxdur. Deməli Kamran ayın 3-ü bizimlə danışıb, 4-ü şəhid olub və mənə isə 5-i saat 1-də xəbər veriblər".

Atasının sözlərinə görə, Kamran Ağdərə istiqamətində gedən döyüşlərində həlak olub: "Arxa cəbhədə idi. Ön cəbhəyə aparıblar yaralılara kömək etmək üçün. Deyilənə görə, mərmi düşüb və o, şəhid olub".

Kamran çox cəld, ağıllı, bacarıqlı oğlan olub. Bütün ümidlərini ona bağladığını deyən Elvira xanım, Kamranın soyuqqanlı olduğunu da dilə gətirir: "Evdə çox gözümə görünmürdü ki, əsgər gedəndə dözə bilim. Əsirdim üstündə. Amma bacardıqca özündən uzaq tuturdu. Ona ürəyimin yanmasını istəmirdi. Bir dəfə velosipeddən yıxılmışdı. Dabanı cırılmışdı. Məni sarımağa da qoymadı. İki gün sonra qızdırması qalxanda həkimə apardıq. Hərbi xidmətə özümüz göndərmişdik ki, Vətənə borcunu yerinə yetirsin. Hərbi xidmətdən sonra işləməyi, evi düzəltməyi və evlənməyi düşünürdü…".

© Photo : Şirəliyevlər ailəsinin şəxsi arxivindənŞəhidin anası Elvira xanım.
Şəhidin anası Elvira xanım - Sputnik Azərbaycan
1/7
Şəhidin anası Elvira xanım.
© Sputnik / Irade CelilAtasının sözlərinə görə, Kamran Ağdərə istiqamətində gedən döyüşlərində həlak olub.
Atasının sözlərinə görə, Kamran Ağdərə istiqamətində gedən döyüşlərində həlak olub - Sputnik Azərbaycan
2/7
Atasının sözlərinə görə, Kamran Ağdərə istiqamətində gedən döyüşlərində həlak olub.
© Photo : Şirəliyevlər ailəsinin şəxsi arxivindənYeni il bayramında Qar qız ilə.
Yeni il bayramında Qar qız ilə - Sputnik Azərbaycan
3/7
Yeni il bayramında Qar qız ilə.
© Photo : Şirəliyevlər ailəsinin şəxsi arxivindənMəktəb illəri.
Məktəb illəri - Sputnik Azərbaycan
4/7
Məktəb illəri.
© Photo : Şirəliyevlər ailəsinin şəxsi arxivindənKamran Şirəliyev dayısı ilə.
Kamran Şirəliyev dayısı ilə - Sputnik Azərbaycan
5/7
Kamran Şirəliyev dayısı ilə.
© Photo : Şirəliyevlər ailəsinin şəxsi arxivindənElvira xanım övladları ilə.
Elvira xanım övladları ilə - Sputnik Azərbaycan
6/7
Elvira xanım övladları ilə.
© Photo : Şirəliyevlər ailəsinin şəxsi arxivindənQulluq elədiyi hərbi hissədə Kamran qorxmaz və mərd əsgər kimi ad çıxarmışdı.
Qulluq elədiyi hərbi hissədə Kamran qorxmaz və mərd əsgər kimi ad çıxarmışdı - Sputnik Azərbaycan
7/7
Qulluq elədiyi hərbi hissədə Kamran qorxmaz və mərd əsgər kimi ad çıxarmışdı.
1/7
Şəhidin anası Elvira xanım.
2/7
Atasının sözlərinə görə, Kamran Ağdərə istiqamətində gedən döyüşlərində həlak olub.
3/7
Yeni il bayramında Qar qız ilə.
4/7
Məktəb illəri.
5/7
Kamran Şirəliyev dayısı ilə.
6/7
Elvira xanım övladları ilə.
7/7
Qulluq elədiyi hərbi hissədə Kamran qorxmaz və mərd əsgər kimi ad çıxarmışdı.

"Ata minəndə qorxurdum ki, yıxılar, bir şey olar. Dənizə gedəndə qorxurdum, batar. Hara getsə, narahat olurdum. Onu çox istədiyimi bilirdi. Bacardığı qədər uzaq gəzirdi ki, onsuz qala bilim. Heç ağlımdan da keçmirdi ki, belə ola bilər", —deyir Elvira xanım.

Ana deyir ki, oğlunun şikəst gəlməsini də arzulamırmış: "Kamran özü də dözə bilməzdi buna. Qorxmaz uşaq idi. Biz onu hər şeydən qoruyurduq. Ayın 6-sı səhər saat 6-da cənazəsini gətirdilər. Elə ayın 6- da Suraxanı məzarlığında babasının yanında dəfn etdik".

Milli Ordunun zabiti, kapitan İnqilab Quliyevin dəfn mərasimi - Sputnik Azərbaycan
QARABAĞ
Şəhid kapitanın dəfni ümumxalq nümayişinə çevrildi

"Daha Kamranım yoxdur. İçim yanır. Bir nəvəm var, gözümü ona dikmişəm. Bircə müharibə btsin, nəvəm sağ-salamat böyüsün", —deyir Elvira ana.

Gözləri çuxura düşmüş, saçları bir gecədə ağarmış qadın bütün şəhidlərimizə Allahdan rəhmət diləyir. "Təki Vətən sağ olsun!" deyir.

Kamran kasıb ailədə doğulub boya-başa çatmışdı. Bəlkə də yaşıdları kimi, bütün arzularına çata biməmişdi. Bacıları danışırlar ki, Kamranın dostu həddən artıq çox olub. Dostları, Kamran şəhid olanda da ailəni tək buraxmayıblar.

Kamran bayramlarda dostları ilə şəhərdə gəzməyi xoşlayırmış. Və hər zaman çalışıb ki, onu əzab-əziyyətlə böyüdən ata-anasının başını uca etsin. Ölüm aman versəydi, o da evlənəcək, ailə-uşaq sahibi olacaqdı. Amma…

"Kamran hər zaman yaddaşlarda yaşayacaq. Heç bir zaman unudulmayacaq. Çünki bu dərd unudulan dərd deyil. Alah heç kimə bala dağı göstərmsin. Allah şəhidlərimizə rəhmət eləsin", —deyir atası.

Bir gənc ömrünün 22 baharında həyatla vidalaşdı. Geridə bir gözüyaşlı ana qaldı, bir içi yanan ata, bir də haralardasa yol gözləyən sevgili…

Bəlkə illər keçəcək, çoxu Kamranı unudacaq. Amma Elvira ana heç bir zaman! Ananın son sözü bu oldu: "Bircə biləydim, mərmi harasından dəyib, harasından yara alıb".

Kamran 22 illik həyatında ən çox özünü sevdirməyi bacarmışdı. Bəlkə sağ qalsaydı, sevgi dolu bir həyatı olacaqdı. Bəlkə…

Bu da bir insan taleyidir. Nisgil dolu, qəm dolu, gözyaşı dolu.

Xəbər lenti
0