CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Dağlıq Qarabağ Azərbaycan-Ermənistan məsələsi deyil”

© pixabay / Military_Materialəsgər atəşkəs
əsgər atəşkəs - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Ermənistanın nə insan potensialı, nə də başqa potensialları Azərbaycanla müharibə eləməyə imkan vermir.

BAKI, 16 apr – Sputnik. “Hamı bilir ki, Dağlıq Qarabağ məsələsi Ermənistan-Azərbaycan məsələsi deyil. Bu Rusiya-Amerika, Rusiya-Qərb məsələsidir”. Bunu Sputnik-ə açıqlamasında Azərbaycan Demokrat partiyasının rəhbəri Sərdar Cəlaloğlu deyib.

İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammitində Qarabağ məsələsinə təmkinli yanaşıldığını deyən Cəlaloğlu, bunun arxasında dayanan səbəbləri belə izah edib:

“Dağlıq Qarabağ məsələsi Ermənistan-Azərbaycan məsələsi deyil. Bu Rusiya-Amerika, Rusiya-Qərb məsələsidir. Hansı ki, bu bölgədə təsir dairələri uğrunda ciddi mübarizə gedir. Böyük güclər, bu cür münaqişələrdən öz maraqları üçün istifadə edir. Bizim qarşımızda erməni adlı düşmən yoxdur. Çünki, Ermənistanın nə insan potensialı, nə də başqa potensialları Azərbaycanla müharibə eləməyə imkan vermir”. 

Zahid Oruc - Sputnik Azərbaycan
SİYASƏT
"Yetər ki, Ermənistanla Azərbaycan hərbi meydanda təkbaşına qalsın"

Keçmiş sədr bildirib ki, Azərbaycan Avropa, Amerika ilə xoş ünsiyyət qurmağa cəhd edəndə, yaxud İlham Əliyev Qərb ölkələrinə uğurlu səfər gerçəkləşdirəndə, Dağlıq Qarabağda müharibə yenidən aktivləşir, yenidən qan tökülür. Və Rusiya yenidən bu münaqişənin yeganə həll edicisi missiyası ilə çıxış edir. Bunu artıq ört-basdır eləməyin mənası yoxdur. 

Sərdar Cəlaloğlu daha sonra əlavə edib: “İƏT-in Qarabağ məsələsində təmkinlə çıxış etməsi birbaşa Rusiya ilə bağlıdır. Çünki onlar da yaxşı bilirlər ki, qarşılarında İrəvan yox, Moskvadır. Məgər İslam Əməkdaşlıq Təşkilatı ölkələri bilmirlər ki, Ermənistanın arxasında hansı dövlət durur? Çox yaxşı bilirlər”. 

Millət vəkili Elman Nəsirli də İƏT-in yığıncağında Qarabağla bağlı deyilən fikirlərə münasibət bildirib. Sputnik-in suallarını cavablandıran Nəsirli, Qarabağla bağlı 57 müsəlman dövlətin kontakt qrupu yaratmasını əhəmiyyətli hesab edib:

“İslam Əməkdaşlıq təşkilatı qurumun əvvəllər yerinə yetirdiyi siyasətə bir daha bağlılıq nümayiş etdirdi. Təşkilat yenidən Ermənistanın işğalçılıq hərəkətlərini pislədi və baş verənlərə görə məsuliyyəti Ermənistanın üzərinə qoydu. İƏT hər zaman Ermənistanı işğalçı dövlət elan edib. Eyni zamanda məlum olub ki, tədbir çərçivəsində quruma daxil olan 57 ölkənin xarici işlər nazirləri səviyyəsində kontakt qrupunun yaradılması haqqında da qərar qəbul edilib. Bu qrupun münaqişənin tez bir zamanda həlli ilə bağlı prosesə öz töhfəsini verməsi gözlənilir. Və əsas fəaliyyəti münaqişə haqqında həqiqətləri daha düzgün çatdırmaq, bu istiqamətdə təbliğat-təşviqat işini aparmaqdır”.

İƏT dövlət başçılarının XIII Zirvə toplantısı - Sputnik Azərbaycan
TƏHLİL
İslam Əməkdaşlıq Təşkilatı hansı qlobal proseslərə təsir etmək gücündədir?

Millət vəkili deyib ki, bir çox hallarda qəbul edilmiş sənədlərin işləmə mexanizmi yoxdur: 

“İƏT-ə daxil olan ölkələr Ermənistanı dəfələrlə işğalçı elan edib. Dəfələrlə Xocalı faciəsinə görə Ermənistanı soyqırım törətməkdə ittiham edib. Amma təəssüf ki, təsir-təzyiq mexanizmi hələ ki formalaşdırılmayıb. Hesab edirəm, artıq bu gün onun da vaxtı çatıb. İƏT ölkələri konkret əməli addımlar atmalıdır. Əks halda işğalçı dövlətdə belə bir təsəvvür formalaşa bilər ki, qərarlar, qətnamələr qəbul edildi, ancaq nə olsun, onsuz da onun heç bir təsiri olmayacaq. Hesab edirəm, Qarabağ münaqişəsinin həlli üçün yaradılan kontakt qrupu məhz təsir-təzyiq mexanizmini işə salacaq”. 

Xəbər lenti
0