Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan idmançıları mildronat tələsinə düşməyiblər

© AP Photo / James EllingworthТаблетки и ампулы мельдония, также известного как милдронат
Таблетки и ампулы мельдония, также известного как милдронат - Sputnik Azərbaycan
Abunə olmaq
Gənclər və İdman Nazirliyinin təmsilçisi: Mildronata görə idmançıları məhv etmək düzgün olmazdı. Dekabrda beynəlxalq yarışlarda bizi təmsil edən idmançıların dopinq testini apardıq və aydın oldu ki, mildronat dopinqinə düşəcək idmançımız olmayacaq.

BAKI, 16 apr – Sputnik. Ümumdünya antidopinq agentliyi (WADA) idmançıların sevincinə səbəb olacaq yeni qərar qəbul edib. Qərara görə, 2016 — cı il 1 mart tarixinə kimi dopinq test zamanı qanlarında 1 milliqram mildronat maddəsi aşkar olunan idmançılar yarışlardan kənarlaşdırılmayacaq.  

Mildronat preparatının dopinq kimi qəbul edilməsi ətrafında qalmaqal ötən aydan – Rusiya tennisçisi Mariya Şarapovanın etirafından sonra başlayıb. WADA bu barədə ötən ildən xəbərdarlıq etdiyini bildirsə də, Şarapovanın sözlərinə görə, həkimlər ona vaxtında xəbərdarlıq etməyiblər və nəticədə tennisçi dopinq-testdən keçməyib.

Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə  məsələ ilə bağlı Sputnik-ə münasibət bildirib.

“WADA idmançılara düşmən deyil. Əksinə, WADA danışıqlara gedib düzgün qərar verən bir qurumdur. Yeni qanun mildronatın 1 milliqram qanda aşkarlanmasına idmançılar üçün problem yaratmamaları çox sevindirici bir xəbərdir. 

Mildronat elə preparatdır ki, bir il ərzində idmançının bədənindən təmizlənmir. Ona görə qərar qəbul edildikdən sonra bir il ərzində bu problem qalacaq. Bu məsələdə idmançının və həkimin rolu var. Mildronata görə idmançıları məhv etmək, idmandan uzaqlaşdırmaq düzgün olmazdı. WADA düzgün qərar verib”, deyə nazirlik təmsilçisi qeyd edib. 

İradə Rüstəmzadə azərbaycanlı idmançıların mildronat dopinqinə düşmədiklərini söyləyib. O bildirib ki, ötən ilin sentyabr ayından artıq mildronatın dopinq kimi qəbul ediləcəyini bildiklərindən bütün federasiyalara xəbərdarlıq ediblər: “Xəbəri alan kimi bütün federasiyalara bu haqda məlumat verdik. Hətta dekabr ayında beynəlxalq yarışlarda bizi təmsil edən idmançıların dopinq testini apardıq və o zaman aydın oldu ki, bizdə mildronat dopinqinə düşəcək idmançımız olmayacaq.” 

Xəbər lenti
0