BAKI, 12 apr — Sputnik. Aprelin 15-də Serbiyanın Zrenyanin şəhərində start götürəcək Avropa Olimpiya Təsnifat Turnirində Azərbaycanı 2 sərbəst güləşçi təmsil edəcək.
Üç gün davam edəcək yarışa Avropa çempionları Mahmud Məhəmmədovla (57 kq) Cəbrayıl Həsənov (74 kq) qatılacaq.
Daha öncə yunan-Roma güləşçiləri müəyyənləşib. Azərbaycanı bu növdə Kamran Məmmədovla (66 kq) Şalva Qadabadze (98 kq) təmsil edəcək.
Pəhləvanlar finala vəsiqə qazanacaqları halda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.