Dünya Bankının proqnozuna inansaq, qarşıdakı 3 ildə neftin bir barelinin qiyməti 50-55 dollardan yuxarı olmayacaq. İstər DB-nın proqnozu, istərsə də neftin qiymətinin hazırkı səviyyəsi onu göstərir ki, uzun müddət Azərbaycan üçün aparıcı olan neft sektoru əhəmiyyətini itirməkdədir.
Bəs, görəsən neftin qiymətinin bir neçə il təxminən 40-50 dollar arasında dəyişməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
İqtisadçı ekspert Pərviz Heydərov sözlərinə görə, neftin qiyməti ilə bağlı DB-nın, yaxud da başqa bir qurumun hansısa bir proqnoz verməsindən asılı olmayaraq, bu haqda nəinki uzun müddətli, hətta orta müddətli bir prespektivdə konkret fikir söyləmək mümkün deyil. Ekspert neft qiymətlərinin ölkə iqtisadiyyatına təsirindən də danışıb:
"Neftin büdcədə nəzərdə tutulan qiyməti bir barrel üzrə 50 dollardan 25 dollara salındı. Bu çox mühüm bir addım oldu. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bilavasitə cari il neftin dünya bazarlarındakı qiymətinin Azərbaycan iqtisadiyyatına gözlənilən ciddi təsirlərinin qarşısı xeyli alınmış oldu. Yəqin ki, növbəti illərdə də neftin büdcədəki qiyməti 25 dollardan yuxarı qaldırılmayacaq. Dünya bazarında da neftin qiymətinin döşəmə həddinin 40 dollar olduğunu nəzərə alsaq, 2016-cı ildən sonrada neftin qiymətinin ölkə iqtisadiyyatına təsirlərini gözləmirəm".
İqtisadi Tətdiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul isə bildirib ki, əgər neftin qiyməti bu səviyyədə qalarsa, bunun Azərbaycan iqtisadiyyatına təsiri böyük olacaq. Onun fikrincə, bu təsirin qarşısını almaq üçün ilk növbədə kiçik və orta sahibkarlıq inkişaf etdirilməlidir:
"Düzdür, bununla bağlı müəyyən ilkin addımlar atılıb, yol xəritəsi təsdiq olunub.
Qeyd edək ki, bu günə olan məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,25% azalaraq 39,53 dollar təşkil edib.