Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftdə kartlar yenidən qarışdırıldı

© AFP 2024 / Mark RALSTONНефтяные насосы. Архивное фото
Нефтяные насосы. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Asiyanın iki nəhəngi Çin və Hindistan neft oyununun qaydalarını kökündən dəyişdirir.

BAKI, 28 mar — Sputnik. Neftin qiymətlərində baş verən böhran qlobal enerji bazarlarında oyunun qaydasını kökündən dəyişdirəcək həmlələri də özü ilə bərabərində gətirir.

Sputnik milliyet-ə istinadla xəbər verir ki, Asiyanın iki nəhəng iqtisadiyyatı olan Çin və Hindistan neftdə kartların yenidən qarışdırılmasına səbəb oldu.

Çin və Hindistanın neftə olan tələbində böyük artım olduğu diqqət çəkir. İki nəhəng iqtisadiyyat dünyada çıxarılan xam neftin 16 faizini istehlak edərək ABŞ-dan (20 faiz) sonra 2-cı sırada yer alır.

Analitiklər 2040-ci ildə iki ölkənin istehlakının təxminən iki qat artaraq 30 faizə çıxacağını proqnozlaşdırır. Bu proqnoz neft istehsal edən ölkələrin iştahını artırır və oyunun qaydasının yenidən yazılmasına yol açır.

Son illərdə dünya neft bazarında yeni ticarət yolları ortaya çıxmağa başladı. Xüsusilə Hindistanlı emalçılar Orta Şərqin neft istehsalçıları ilə illərdir sürən razılaşmalarını dayandıraraq istiqamətlərini Afrikaya çevirdi.

Çində də radikal dəyişikliklər yaşanır. Təxminən 10 il əvvəl Çin neft ehtiyacının yalnız 7 faizini Rusiyadan tədarük edirdi. Çinin neft idxalatında Səudiyyə Ərəbistanı (20 faiz) liderlik edirdi. Rusiya 2015-ci ildə dörd dəfə Çinə ən çox neft ixrac edən ölkə olaraq Səudiyyə Ərəbistanını taxtından salıb.

Çinin ümumi neft idxalatını göstərən məlumatda Rusiyanın Səudiyyə Ərəbistanının yerinə keçdiyi görülməkdədir.

Çin və Hindistan sahib olduqları bazarın böyüklüyündən istifadə edərək neftdən iqtisadiyyatları üçün ən yaxşı razılaşmaları əldə edir.

Yaşanan hər böhran köklü dəyişmələrə səbəb olur. Neftin qiymətinin aşağı düşməsi də dəyişiklikləri qaçılmaz etdi. Çin və Hindistan neftin ucuz qiymətindən istifadə edərkən yeni tərəfdaşlıqlar oyunda kartların yenidən qarışdırılmasına səbəb oldu. Neft böhranından ən çox mənfi təsirlənən Səudiyyə Ərəbistanının necə bir çıxış yolu tapacağı maraqla izlənilir. 

 

Xəbər lenti
0