Rusiya Azərbaycana və Ermənistana silah satmaqda davam edəcək

© Sputnik / Ulyana SolovyevaC-300
C-300 - Sputnik Azərbaycan
Abunə olmaq
Dmitri Roqozin deyib ki, razılaşma əsasında 2017-ci ilə qədər bütün hərbi məhsullar Azərbaycana göndəriləcək.

BAKI, 8 aprel-Sputnik. Rusiyan strateji tərəfdaşları olaraq Azərbaycana və Ermənistana silah satmaqda davam edəcək.

Sputnik-in məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin jurnalistlərə deyib.
Roqozin Bakıda jurnalistlərə müqavilədə nəzərdə tutulduğu kimi, 2017-ci ilə qədər bütün hərbi məhsulların Azərbaycana veriləcəyini deyib.

Yaxın 1 ildə Moskva Azərbaycana 3 T-90C batalyonu və 3 PDM-3 batalyonu (100 ədəd), özüyeriyən artilleriya qurğuları, reaktiv atəş sistemləri və s. satacaq.

Dmitri Roqozin və Dmitri Medvedev - Sputnik Azərbaycan
Dmitri Medvedev və Dmitri Roqozin Bakıya gəliblər
Ekspertlərin hesablamalarına görə, bu il ərzində Rusiyanın Azərbaycana satacağı silahların məbləği 1 milyard dollar təşkil edəcək.

Azərbaycan 2000-ci illərdən başlayaraq Rusiyadan fəal şəkildə silahların alışına başlayıb. Bu sahədə ən irihəcmli müqavilə 2010-cu ilin əvvəllərində imzalanıb və onun həcmi 4 milyard dollardan çox olub.

Həmin müqaviləyə əsasən Bakı 100-ə yaxın Т-90С, 100 PDM-3, 18 SAU 2C19М1 "Msta-S", 18 SAU 2S31 "Vena", 18 PСЗО 9А52 "Smerç", həmçinin 18 ağır odsaçan sistem ТОС-1А "Solntsepek", 10 ədəd "Xrizontema- C" özüyeriyən tank əleyhinə kompleks zirehli maşını, həmçinin 300 PZRK "İqla-С" 1500 raket döyüş kompleksi və böyük mühəndis-minaaxtaran texniki dəsti alıb.

Bununla yanaşı, Azərbaycana iki diviziya uzaqvuran zenit raket sistemi С-300, PMU-2 "Favorit" və bir neçə "Тор-М2Э" zirehli zenit kompleks batareyası verilib.
Azərbaycan silahlı qüvvələri 60 ədəd Ми-17 nəqliyyat vertolyotları və 24 ədəd Ми-35М zərbə vertolyotları alıb.

Ermənistanın aldığı silahlar da kifayət qədər ciddidir. Məlumdur ki, son illərdə bu ölkə 35 ədəd Т-72Б tankı alıb. Eyni zamanda 110 zirehli maşın (ekspertlərin fikrincə, bunlar ola bilsin ki, ZTR-80 və yaxud modernləşdirilmiş PDM —2-dir) və 50 zenit-raket kompleksi əldə edib.

Qeyd etmək lazımdır ki, Rusiyadan İrəvana göndərilən silahların sayı və tərkibi barədə informasiyalar Bakıya göndərilən silahlardan fərqli olaraq elə də çox açıqlanmır. Buna görə də istisna deyil ki, Ermənistana göndərilən silahların siyahısını uzatmaq da olar.

Hazırda İrəvana ixrac kreditləri hesabına Rusiyadan 200 milyon dollar dəyərində silahın satılması ilə bağlı müqavilə mövcuddur. Buna görə də, Ermənistana bu razılaşmaya əsasən "Smerç" RZK, «İqla-S» RZK, "Avtobaza-M" radiotexniki kəşfiyyat icraçı qeyri-yer kompleksi, ТОС-1А «Solntsepek» ağır odsaçan sistemi, 9М113М idarəedilən raketləri və tank əleyhinə "Konkurs-M» tankları, RPQ-26 qranatomyotları, əlaqə vasitələri və zirehli avtomobillər veriləcək.

Xəbər lenti
0