BAKI, 8 aprel-Sputnik. Bu gün Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib.
Sputnik xəbər verir ki, Medvedyev səfər zamanı Azərbaycan rəsmiləri ilə görüşəcək. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ bölgəsində son günlər baş verən gərginlik, münaqişənin tənzimlənmə yolları müzakirə ediləcək.
Medvedevi Rusiya baş nazirinin müavini Dmitri Roqozin və digər rəsmi şəxslər müşayiət edirlər.
Qeyd edək ki, Medvedev ötən gün Ermənistanda səfərdə olub. O, Ermənistan preziodenti Serj Sarkisyanı ən yaxın zamanda qəbul oluna biləcək Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflərini müzakirə etməyə çağırıb.
O, Dağlıq Qarabağ münaqişəsinin həllində sülh danışıqlarından başqa alternativin olmadığını qeyd edib.