Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Onlar heç Ukraynanın harada yerləşdiyini bilmirlər"

© Sputnik / Mikhail Voskresenskiy / Mediabanka keçidUkrayna Xarici İşlər Nazirliyinin binası
Ukrayna Xarici İşlər Nazirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Hollandlar rəsmi Kiyevi məyus etdilər. Ekspert Niderlanddakı referendumun nəticələrini birbaşa Ukraynaya şamil etməyi düzgün saymır.

Onlar heç Ukraynanın harada yerləşdiyini bilmirlər
BAKI, 8 apr — Sputnik. Aprelin 6-da Niderlandda Ukrayna ilə Avropa İttifaqı arasında imzalanan assosiasiya haqqında sazişin məqsədəuyğunluğuna dair referendum keçirilib. İlkin nəticələrə görə, sazişin lehinə seçicilərin 38,1%-i, əleyhinə isə 61%-i səs verib. Referendumda seçicilərin 32.2%-i iştirak edib ki, bu da referendumun baş tutmuş sayılması üçün lazım olan 30%-dən artıqdır.
Ukrainian Prime Minister Arseniy Yatsenyuk - Sputnik Azərbaycan
Ukrayna parlamenti hökuməti istefaya göndərə bilməyib

Ukrayna Xarici İşlər Nazirliyi artıq bu məsələyə münasibət bildirib. Onlar bu məlumatları nəzərə alacaqlarını və seçkilərin tövsiyyə xarakteri daşıdığını qeyd ediblər.

"Sazişin ratifikasiyası haqqında yekun qərarı daxili müzakirə və prosedurlardan sonra Niderland hakimiyyəti qəbul edəcək. Ümid edirik ki, bu qərar Ukrayna, Hollandiya və Avropanın maraqlarına xidmət edəcək", — deyə Ukrayna XİN-in rəsmi saytında bildirilib.

Pyotr Poroşenko isə keçirilən referendumu Avropa dəyərlərinə hücum kimi qiymətləndirib. Ukrayna lideri bildirib ki, ölkəsi Avropaya inteqrasiya yolundan çıxmayacaq.

"Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə Sputnik-ə açıqlamasında bildirib ki, bu seçkinin nəticələrini birbaşa Ukraynaya aid etmək düzgün deyil. Onun sözlərinə görə, bu referendumda səs verən hollandların əksəriyyəti heç Ukraynanın harada olduğunu belə bilmir.

"Referendumun ərsəyə gəlməsini və səsvermələrin nəticələrini birbaşa Ukraynaya şamil etmək düzgün olmazdı. Çünki burada niderlandlılar bu məsələni əsas tutaraq Avropa İttifaqının mövcüd siyasətinə öz münasibətlərini bildirdilər. Hollandiyada son vaxtlar müxalif partiyalar anti-Avropa ruhunda çıxış edən partiyalardır. Çünki miqrasiya siyasəti və digər siyasətlər onları qane etmir. Bunu əsas tutaraq onlar insanların səslərini toplayırlar. Bu, digər ölkələrdə də baş verir. Hollandiyada səs verən insanların bəlkə də əksəriyyəti Ukraynanın harda yerləşdiyini və hansı siyasəti apardığını da bilmir", —deyə politoloq bildirib.

Referendumun yekun nəticələri isə aprelin 12-də elan olunmalıdır. Əgər onlar indiki nəticələrlə üst-üstə düşərsə, Krallığının parlamenti müqavilənin mətninə yenidən baxaraq təkrar səsvermə keçirməli olacaq.

Niderlandın baş naziri Mark Rütte də bəyan edib ki, Ukrayna və Avropa İttifaqı arasında imzalanan assosiasiya haqqında sazişə dair qərara yenidən baxıla bilər: "Məsələyə müxtəlif səviyyələrdə müzakirə olunacaq, o cümlədən parlamentdə və Aİ-də. Bu, müəyyən müddət tələb edəcək. Bu proses bir neçə həftə uzana bilər".

Qeyd edək ki, Kiyev üçün səsvermənin acınacaqlı nəticələrinə baxmayaraq, əvvəl qəbul edilmiş sənəd azad ticarət zonasının yaradılması sahəsində icra olunacaq. O sənədi yalnız Avropa Şurası ləğv edə bilər. Lakin bu, Şuranın geosiyasi maraqları baxımından çox çətin ki, baş versin.

Xəbər lenti
0