BAKI, 17 fev — Sputnik. Ukraynanın Ali Radası baş nazir Arseni Yatsenyukun rəhbərlik etdiyi Nazirlər Kabinetinə etimadsızlığa dair qərarı qəbul edə bilməyib. Sputnik-in APA-ya istinadən verdiyi xəbərə görə, qərarın qəbul olunması üçün 226 səs lazım olduğu halda, 194 deputat dəstəkləyib.
Məlumata əsasən, hökumətin istefaya göndərilməsinə dair məsələ yalnız Radanın növbəti sessiyasında təkrar gündəmə çıxarıla bilər.
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko bundan əvvəl baş nazir Arseni Yatsenyuku və baş prokuror Viktor Şokini istefaya çağırıb.