BAKI, 7 apr — Sputnik. "Tərəfləri daim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırmışıq. Müəyyən təkliflər masa üzərindədir. Həllini tapmayan məsələlərin müzakirəsi üçün cəhdlər artırılmalıdır. Bu cəhdlər də BMT-nin prinsipləri, beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır".
Sputnik xəbər verir ki, bunu bu gün Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşündən sonra keçirilən mətbuat konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
"Cəbhə xəttində baş verənlərlə bağlı Ermənistan tərəfi ilə əlaqə saxlamışıq. Biz onlarla müzakirə etmişik. İranın prezidenti də Azərbaycan və Ermənistan prezidentlərinə zəng etdi, bu məsələni müzakirə etdi. Son iki gündür atəşkəs davam edir. Ümid edirik ki, bu atəşkəs ciddi siyasi nəticələr əldə edilənə qədər davam etdiriləcək", —deyə İranın xarici işlər naziri bildirib.