QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ermənistan ordusu Azərbaycan torpaqlarını dərhal tərk etməlidir"

© Sputnik / Murad OrujovElmar Məmmədyərov, Azərbaycan Respublikasının xarici işlər naziri
Elmar Məmmədyərov, Azərbaycan Respublikasının xarici işlər naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Məmmədyarov: "Münaqişənin davam etdirilməsi qəbuledilməz haldır. Münaqişənin dondurulması insanlarda illüziya yarada bilər. Hamı bilməlidir ki, hərbi qüvvələr o torpaqlardan çıxarılmalıdır"

BAKI, 7 aprel — Sputnik. "Azərbaycan, İran və Rusiya XİN başçılarının üçtərəfli görüşünün əsas məqsədi Şimal və Cənub arasında əməkdaşlığın genişləndirilməsidir. Biz xarici işlər nazirləri səviyyəsində bütün cəhdlərimizi ortaya qoyuruq".

Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşü - Sputnik Azərbaycan
SİYASƏT
Rusiyadan Qarabağ mesajı: "Məsələnin həllinə çox yaxınıq"

Sputnik xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bugünkü qapalı görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, müvafiq qurumların hamısı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı sahəsində səylərini göstərir: "Hətta, burada narkotik qaçaqmalçılığı, terrorizmə qarşı mübarizə müzakirə edildi".

E. Məmmədyarov iranlı həmkarı ilə cəbhədə baş verənləri müzakirə etdiklərini də qeyd edib: "İran tərəfi də atəşkəsin əldə olunması üçün müəyyən cəhdlər edib və nəticəni yüksək qiymətləndirir".

Sergey Lavrovla bu sahədə daha ciddi iş apardıq. Lavrovun keçən ilin ortasında irəli sürdüyü təkliflər üzərində işləyirik. Kimsə buna dondurulmuş münaqişə deyir. Amma bu, tez həllini tapmalı olan münaqişədir. Çünki insan həyatının itirilməsinə səbəb olur", —deyə Məmmədyarov vurğulayıb.

XİN başçısının sözlərinə görə, münaqişənin sülh yolu ilə həll çox vacibdir: "Münaqişənin davam etdirilməsi qəbuledilməz haldır. Münaqişənin dondurulması insanlarda illüziya yarada bilər. Hamı bilməlidir ki, hərbi qüvvələr o torpaqlardan çıxarılmalıdır. Müharibə elə bir şeydir ki, hər iki tərəfə ziyan verir və mümkün qədər tez həllini tapmalıdır. Ermənistan silahlı qüvvələri torpaqlarımızı dərhal tərk etməlidir. Sonra təhlükəsizliyin təmin edilməsi digər məsələlər nəzərdən keçirilməlidir".

Xəbər lenti
0