BAKI, 7 apr — Sputnik. Böyüklərdən ibarət taekvando üzrə yığma komandamızı Almaniyada böyük sınaq gözləyir. Taekvando federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 7-10 aprel tarixlərində Bonn şəhərində dünya taekvondo federasiyasının prezident kuboku keçiriləcək. G2 kateqoriyalı "World Taekwondo Presidents Cup"-da millimiz tam heyətlə təmsil olunacaq.
Bu yarışda ölkəmizi kişilərdən ibarət yığma komandamızın baş məşqçisi Reza Mehmandoustun yetirmələrindən — 54 kq çəki dərəcəsində Məcid Sofiyev, Zəlimxan Rəsulov, Məmmədalı Quliyev (hər ikisi — 58 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi — 63 kq), Ayxan Tağızadə, Fariz Əliyev (hər ikis — 68 kq), Səid Quliyev, Xəyyam Nağıyev, Namaz Heydərov (hər üçü — 74 kq), Milad Beigi Hərçəqani (-80 kq), Ramin Əzizov, Payam Gobadi Oğuzxan (hər ikis —87 kq) və Radik İsaev (+87 kq) ölkəmizi təmsil edəcək.
"Qəbələ" idman klubunun yetirməsi Əli Məmmədov 59 kq çəki dərəcəsində klub adına medallar uğrunda mübarizəyə qatılacaq.
Qadın taekvondoçuların baş məşqçisi Sun Mi Park isə Türkan Tahirli (-46 kq), İlayde Kardelen Ciftci (-49 kq), Patimat Abakarov (-53 kq), Gülhanım Yeşildal (-57 kq), Zeyvi Kərimova (-53 kq), Fəridə Əzizovaya (-67 kq) şans verəcək.
Xatırladaq ki, ilk pilləyə sahib olan idmançı aktivinə 20 xal əlavə etmiş olacaq.