BAKI, 6 apr — Sputnik. İsveçrə polisi UEFA-nın Syon şəhərindəki mənzil-qərargahında axtarış aparıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb UEFA-nın keçmiş baş katibi, hazırda isə FİFA prezidenti olan Canni İnfantinonun adının dünya səviyyəli maliyyə maxinasiyasında – “Panama papers”də (Panama vərəqləri) hallanmasıdır.
İnfantinonu Çempionlar Liqası yayım haqqlarını qeyri-leqal yollarla Panama şirkətinə satmaqda günahlandırırlar.
Qeyd edək ki, FİFA prezidenti bu iddiaları qətiyyətlə təkzib edib.