BAKI, 6 apr — Sputnik. Ermənilərin təxribatı sosial şəbəkələrdə də davam edir. Sputnik əməkdaşının sosial şəbəkə istifadəçilərindən əldə etdiyi məlumata görə, erməni hakerləri azərbaycanlı "Facebook" istifadəçilərinin profillərini sındırmağa başlayıblar.
Həmvətənlərimizin şəxsi səhifələrini və profillərini ələ keçirən erməni hakerlər, həmin profillərin sahiblərinin fotolarını silərək, yerinə Ermənistan bayrağının şəkillərini yerləşdirirlər. Bu da yerli istifadəçilər tərəfindən böyük etiraza səbəb olub.
İnformasiya Texnologiyaları mütəxəsissləri sosial şəbəkə istifadəçilərini ehtiyatlı olmağa, şəxsi profillərinin parollarını təcili dəyişməyə və daha çətin yadda qalan parollarla əvəz etməyə çağırırlar. Ümumilikdə isə, parolların müddətli olması, yəni tez-tez dəyişilməsi tövsiyyə olunur.